İmadəddin Nəsiminin leksikası oğuz dilləri kontekstində”

 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədovun "İmadəddin Nəsiminin leksikası oğuz dilləri kontekstində” monoqrafiyası nəşr olunub.

Müəllif monoqrafiyanın I fəslində Nəsiminin dilində işlənmiş türk mənşəli ümumi isimləri, II fəslində isə feilləri müxtəlif leksik-semantik qruplara bölərək oğuz qrupu türk dilləri ilə müqayisə edib.

 

Azərbaycan.- 2019.- 6 dekabr.- S.10.