Alazan Baycan

 

Alazan Baycan! Bu imza ilə ilk tanışlığım uzun illər bundan öncə istiqlal şairimiz Əhməd Cavadın həyat yaradıcılığını araşdırarkən olmuşdur. Ədəbi aləmdə Alazan Baycan kimi tanıdığımız bu şəxsin əsl soyadı Hacı Həsənzadədir. 1929-cu ildə Qazax Müəllimlər Seminariyasını bitirən Hacı Həsənzadə azadlıq carçısı Əhməd Cavad şeirlərinin pərəstişkarı olub. Əhməd Cavad şeirlərinin təsiri altında gözəl poeziya nümunələri yaradıb. Onlardan biri mühacirətdə olarkən Əhməd Cavadın "Göy-gölşeirinə yazdığı eyni adlı nəzirədir.

Mühacir yazarın "Könül sazından” (1983) "Dağ çiçəkləri” (1987) şeir kitabları Azərbaycan Kultur Dərnəyinin dəstəyi ilə işıq üzü görüb. İkinci kitaba ön sözü Əhməd Qaraca yazıb. Mühacir yazar Almaniyada Freyburq şəhəri, Höte küçəsində yaşayarkən Baycan Hötedən Nitşedən türk dilinə tərcümələr edib. "Dağ çiçəklərişeir kitabına şairin Hötedən tərcümə etdiyi 8, Nitşedən isə 5 əsəri daxil edilib.

Ömrünün böyük hissəsini Almaniyada keçirən mühacir şair, həkim Alazan Baycan 12 may 1913-cü ildə Yelizavetpol quberniyasının Qazax nahiyəsində doğulub, ibtidai orta təhsilini Qazax şəhərində alıb. Qazax Müəllimlər Seminariyasını bitirdikdən sonra bir il Balakəndə müəllim işləyib. 1931-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub.

Əsl ad-soyadı Hacı Həsənzadə olan Alazan Baycan dəmir pərdənin endiyi 1930-cu illərdə ölkəni tərk edib. 1933-cü ildə oxuduğu fakültədən ayrılaraq İrana, oradan da Türkiyəyə keçib.

1934-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olub, 1939-cu ildə isə bitirib. Həkimlik fəaliyyətinə başlayan Baycan İstanbulda bir il Gülhanə Tətbiqi Məktəb Klinikasında, daha sonra Gemlik Hərbi Xəstəxanasında çalışıb.

Baycan 1942-ci ildə mühacir həmyerlisi Fuad Əmircanla birlikdə Almaniyaya gedib, bir il Berlin Universitetində çalışıb. 1943-cü ildən etibarən Freyburq Universitetində fəaliyyətə başlayıb. 1948-ci ildə daxili xəstəliklər üzrə mütəxəssis adına layiq görülüb. Baycan həmin ildən etibarən özəl müayinəxana açaraq fərdi qaydada fəaliyyət göstərib.

Alazan Baycan mühacirətdə olduğu ilk günlərdən ömrünün sonuna kimi Azərbaycanla, əqidə yoldaşları doğmaları ilə əlaqə saxlayıb. Bu barədə mərhum professor Abbas Zamanov "Ədəbiyyatqəzetinin 1990-cı il 4 may tarixli sayında yazır: "Doktor A.Baycan qürbətdə didərgin həyatı sürsə , vətənlə əlaqələrini kəsməmişdir. Həmişə doğma Azərbaycandan müxtəlif yollarla qəzet, jurnal, kitab əldə etmiş, Azərbaycanla birgə yaşamış, birgə nəfəs almışdır. Mühacirətdə yaşayan bir çoxları onun kitabxanasından istifadə edirdilər. Mən şəxsən 20 ilə yaxın onunla məktublaşmış, kitab mübadiləsi etmişəm. A.Baycanın şeirlərinin yeganə leytmotivi vətən həsrətidir.

O, mənə göndərdiyi məktubların birində yazırdı: "Dünyada yeganə arzum ana vətəni ziyarət etməkdir. Heç bilmirəm bu istək mənə qismət olacaqdırmı?”

Çox təəssüf ki, vətənindən didərgin düşən qərib oğlunun arzusu həqiqətə çevrilmədi. O, ömrü boyu vətən həsrəti ilə yaşadı, vətən həsrəti ilə öldü. Qərbi Almaniyanın Freyburq şəhərində 1989-cu il noyabrın 9-da gözlərini həyata yumdu. Doktor A.Baycanın həyat yoldaşı İnqa xanım mənə göndərdiyi kədərli məktubda yazmışdı. Alazan ömrünün son dəqiqələrində bu sözləri dedi: "Azərbaycan... Qazax... Səməd. O, bu sözləri deyəndən sonra keçindi”.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.- 6 dekabr.- S.11.

 

"Azərbaycan”