Qobustan qayaüstü təsvirləri İspaniya və İtaliya
alimləri ilə birlikdə öyrəniləcək
Qobustan Milli Tarix-Bədii Qoruğunda qayaüstü təsvirlərin yeni metodlarla qeydiyyatı layihəsinin uğurlu nəticələri beynəlxalq elmi ictimaiyyətin diqqət mərkəzindədir.
Qoruqdan redaksiyamıza daxil olan məlumatda bildirilir ki, layihənin növbəti mərhələsində iştirak etmək üçün müraciət etmiş İspaniyanın Madrid Compultense Universitetinin professoru Marcos Garcia Diez, Rovira və Virgili Universitetinin professoru Manuel Vaquero Rodrigez, Pais Vasco Universitetinin fəlsəfə doktoru Blanca Ochoa Fraile və İtaliyanın Ferrara Universitetinin fəlsəfə doktoru Dario Sigari qoruq rəhbərliyinin dəvəti ilə Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar.
Xarici mütəxəssislər Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradova ilə qoruqda aparılan elmi tədqiqatlarla tanış olduqdan sonra buradakı qayaüstü təsvirlərinin və arxeoloji qazıntıların nəticələrinin xüsusilə Avropanın Üst Paleolit və Mezolit dövrünün öyrənilməsi üçün mühüm mənbə olduğunu bildiriblər. Tədqiqatlarda Qobustan abidələrinin Avropanın həmin dövr abidələri ilə müqayisəli şəkildə öyrənilməsinin vacibliyi vurğulanıb.
Qobustan
qoruğunun arxeoloji
abidələri, qayaüstü təsvirləri
və ekspozisiyada sərgilənən artefaktlarla tanış olan
tədqiqatçılar abidələrin qorunması və sərgilənməsini
yüksək qiymətləndiriblər.
Azərbaycan.-
2019.- 6 dekabr.- S.11.