Türkiyənin aparıcı KİV-ləri Azərbaycanda
həyata keçirilən islahatlara geniş yer ayırıb
Türkiyənin nüfuzlu
kütləvi informasiya
vasitələri Azərbaycan
Prezidenti İlham Əliyevin ölkədə
həyata keçirdiyi
islahatlar, o cümlədən
dövlət başçısının
Sərəncamı ilə
Milli Məclisin buraxılması və parlamentə növbədənkənar
seçkilərin təyin
edilməsi ilə bağlı türkdilli oxuculara geniş məlumatlar çatdırır.
AZƏRTAC xəbər
verir ki, Anadolu Agentliyi, "Milliyet”, "Hurriyet”,
"Yeni Şafaq”,
"Yeşil İğdır”
"Yeni akit” və s. qəzetlər islahatlar prosesini geniş işıqlandırıb.
Türkiyə KİV-ləri mövzu
ilə bağlı analitik yazılar da təqdim edir.
Azərbaycan.- 2019.- 7 dekabr.- S.3.