“2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 15/60

 

Azərbaycan Respublikası Prezidentinin "Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” 5 dekabr 2020-ci il tarixli 1674 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilmişdir.

Azərbaycan Respublikasının seçki qanunvericiliyində nəzərdə tutulmuş əsas hərəkət tədbirlərin ardıcıl keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə qarşıdan gələn parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət tədbirlərin yerinə yetirilmə ardıcıllığını, müddətlərini subyektlərinin əhatə dairəsini müəyyən edən Təqvim Planının təsdiq edilməsi məqsədəmüvafiqdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci, 28.4-cü, 145.1-ci maddələrinə uyğun olaraq qərara alır:

1."Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət tədbirlərin Təqvim Planıtəsdiq edilsin.

2. Təqvim Planı dərc edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

07.12.2019

 

Azərbaycan.- 2019.- 8 dekabr.- S. 4.