Mənəvi ucalığın və nəcibliyin
ünvanı
Mənəvi saflıq, düzgünlük və ədalət, humanizm, xeyirxahlıq, yaxşılıq etmək və kömək göstərmək kimi bəşəri dəyərlərin təbliğində istisnasız xidmət Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın amalına, həyat və fəaliyyətinin məqsədinə çevrilib.
Bütün dövrlərdə cəmiyyətin mütərəqqi yolla inkişafı sağlam əqidəli, xalqa və dövlətə sədaqətli xidməti başlıca həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlı olub. Bu gün də belədir. Onlar ona görə cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilirlər ki, öz üzərlərinə düşən sosial, siyasi, eləcə də mədəni məsuliyyəti düzgün dəyərləndirir, bunun nəticəsində isə xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanırlar. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da belə şəxsiyyətlərdəndir.
Mədəniyyət və incəsənətimizin layiqli davamçıları və təbliğatçılarına da daim diqqət və qayğı göstərən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu günlərdə Xalq artisti Əlibaba Məmmədovun evinə qonaq gəlməsi muğam ustadı üçün sanki bir ziyarət oldu. Bunu Əlibaba müəllimin dəyərli qonağı qarşılayarkən səmimi etirafından aydınca hiss etmək olurdu: "Nə xoşbəxtçilik. Çox böyük zəhmət vermisiniz özünüzə. İnanırsınız ki, Allaha and olsun, mən nə boyda həyəcan keçirirəm ki, mənim üçün böyük bir şəxsiyyət, böyük bir insan bizə qonaq gəlib”.
Azərbaycanın birinci xanımının hər bir vətəndaş tərəfindən sevilməsinin səbəblərini xatırlatmağı özünə borc bilən Xalq artisti yaxşı bilir ki, milli-mənəvi dəyərlərimizdən olan muğamlarımızın UNESKO səviyyəsində qorunması, əbədiyaşarlığının təmin edilməsinin təşəbbüskarı və təşkilatçısı məhz Mehriban xanım Əliyevadır. Daim xalqımızın sevimli sənətkarlarının xidmətlərini yüksək dəyərləndirən Mehriban xanım da Xalq artisti və unudulmaz muğam ustadının ailəsində olub onu ziyarət etməkdən məmnunluğunu bildirdi.
Xalq artisti Birinci vitse-prezidenti üç məsələ ilə əlaqədar təbrik etdi: "Mən Sizi təbrik etmək istəyirəm, Birinci vitse-prezident seçilməyinizə görə, bu bir. İkincisi, "Heydər Əliyev” ordeni ilə təltif olunduğunuza görə, - bunların hamısına baxmışam, - bu iki. Üçüncüsü, Rusiyanın Prezidenti Sizə böyük bir mükafat verdi, bütün dünya buna baxırdı. Sizi inandırım ki, mən bunlara hər dəfə baxdıqca həyəcanlanırdım. Siz çox böyük işlər görmüsünüz, hələ də görürsünüz və hələ də görəcəksiniz. Bilirsiniz, amma bu üç iş elə bir işlərdir ki, nə bilim, tarixdən də o yanadır, bunu tarix yaza bilməz, bu, mümkün deyil. Allah Sizi var eləsin”.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xalq artistinin mədəniyyət və incəsənət sahəsindəki xidmətlərinin heç zaman unudulmadığını xatırlatdı: "Çox sağ olun, Əlibaba müəllim. Mən də sizə demək istəyirəm ki, çox yaxşı xatırlayıram ilk dəfə sizinlə tanış olmağımızı. O zaman Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verdik. Yəqin ki, yadınızdadır, bizim milli sərvətimiz olan muğamın qorunmasına yönəlmiş bir layihə idi, siz böyük yardım göstərdiniz və bu illər ərzində sizin dəstəyinizlə, iştirakınızla birlikdə böyük işlər gördük. Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəstxətiniz var, çox gözəl səsə malik olan ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz.
Sizi hamı sevir. Onu da qeyd etmək istəyirəm ki, siz Azərbaycanın milli-mənəvi ənənələrinin daşıyıcısısınız. Ona görə də böyük hörmətə malik olan bir insansınız”.
Xalq artisti ölkədə son illər nail olunan inkişafa diqqət çəkərək həyata keçirilən bütün işlərə görə dövlət başçısına minnətdarlığını ifadə etdi və yürüdülən siyasətin xalq tərəfindən birmənalı şəkildə bəyənildiyini, dəstəkləndiyini vurğulayaraq bundan sonrakı fəaliyyətində də uğurlar dilədi: "...Prezidentimizi də bağrıma basıram. Sağ olsun, var olsun. Öz aramızdı, baxın, 15 ildə nə qədər işlər görmüsünüz, kim edə bilər? Prezidentimiz 15 ildir bizə rəhbərlik edir, xalqımızı idarə edir. Baxın, görün, Azərbaycan o Azərbaycandır, Bakı o Bakıdır? Böyük işlər görüb, yenə də görür, indi lap böyük işlər görür. Bunun hamısını yerinə qoyub. Bilirsiniz, mən siyasətçi deyiləm, mən muğam ifaçısıyam, azdan-çoxdan şeiriyyət bilirəm, bir də muğamat bilirəm. Başqa bir şeylə işim yoxdur. Amma gözüm görür də, vallah. Bəzən deyirəm ki, bunların ağlı yoxdur, gözləri də yoxdur? Baxmırlar, görmürlər ki, nə işlər görülür? Xalqımızın adından, musiqiçilərin adından, öz adımdan deyirəm ki, var olun, dünyada nə gözəl şeylər var, hamısı Sizə qismət olsun”.
Xalq artistinin dedikləri real həyat həqiqətləridir. Bunun təsdiqi
üçünsə Azərbaycanın
Birinci vitse-prezidentinin
fəaliyyəti dövründə
həyata keçirdiyi
irimiqyaslı layihələrə
və beynəlxalq aləmdə qazandığı
nüfuzu əsaslandıran
bəzi faktlara diqqət ayırmaq yerinə düşərdi.
9 sentyabr 2004-cü ildə Mehriban xanım Əliyevaya Parisdə UNESKO-nun xoşməramlı
səfiri adı təqdim olundu. O,
2004-cü ilin mayından
Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq
arzusu ilə yaradılan və adını daşıyan
fonda rəhbərlik
etməklə, humanist ideyaların
carçısına döndü.
2005-ci il noyabrın 6-da Milli Məclisə seçkilər
zamanı ən yüksək seçici səsi qazanması təsadüfi deyildi. Təəssübkeşliyi, xeyir-duası, dəstəyi
ilə həyata keçirilən qlobal layihələrdən bu gün həm ölkə daxilində, həm də ondan kənarda çox böyük hörmətlə söhbət
açılır. UNESKO-nun keçmiş Baş direktoru Koişiro Matsuura heç də təsadüfi yerə deməmişdir: "Mehriban
xanım Əliyevanın
fəaliyyəti sayəsində
Azərbaycanla UNESKO arasında
sıx əməkdaşlıq
yaranmışdır”.
Azərbaycan mədəniyyəti
və incəsənəti
incilərinin dünya
mədəni xəzinəsinə
daxil edilməsinə
nail olan Mehriban xanım deyir: "Muğam da, aşıq yaradıcılığı
da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları
da bu günə
qədər qoruyub saxladığımız və
gələcək gün
naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun fəaliyyəti
məhz bu məqsədə yönəldilmişdir,
UNESKO-nun xoşməramlı səfiri kimi mənim bütün gələcək fəaliyyətim
də bu məqsədə yönələcəkdir”.
Bu nüfuzlu beynəlxalq təşkilatın
xoşməramlı səfiri
olduqdan iki il sonra
Mehriban xanım Əliyevanın müxtəlif
sahələrdə genişmiqyaslı
fəaliyyəti, ehtiyacı
olan uşaqlara qayğısı, təhsilə,
həmçinin islam aləmində görülən
işlərə böyük
dəstəyinə görə
də diqqət çəkdi. Nəticə
etibarilə birinci xanım 2006-cı il noyabrın 24-də
51 müsəlman dövlətinin
təmsil edildiyi nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan ISESCO-nun xoşməramlı
səfiri adına da layiq görüldü.
Daha bir ürəkaçan fakt: Mehriban xanım Əliyeva bütün bu xeyirxahlıq mücəssəməsi olduğuna
görə bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.
"Geniş həcmli
xeyriyyəçilik fəaliyyətinə
görə” 2007-ci il mayın 27-də Azərbaycanın
birinci xanımına təqdim olunan "Qızıl ürək” mükafanın təqdimat
mərasimində Mehriban
xanım demişdir:
"Mən hesab edirəm ki, bu mükafatın laureatlarının xeyirxah
işləri mərhəmətliliyə
çağırışdır. Arzu edirəm ki, xeyirxahlıq ilbəil artsın. Dərd, qüssə isə azacıq da olsa, əskilsin...”
2015-ci ildə Bakıda keçirilən
I Avropa Oyunlarının
Təşkilat Komitəsinin
sədri Mehriban Əliyevanın xoşməramlı,
zərif niyyətli fəaliyyəti dövlət
başçısı tərəfindən
də yüksək dəyərləndirilib: "O, insanlara xoş münasibəti, xoş niyyəti, xoş ünsiyyəti ilə seçilib. Bu, onun
xasiyyətinin ən fərqləndirici cəhətidir.
Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik,
mərhəmət, Azərbaycan
xalqının mentalitetinə,
mədəniyyətinə, düşüncəsinə, əsrlərdən
bəri formalaşan ənənələrimizə xas
olan ən gözəl keyfiyyətləri
davam etdirməyə çalışacaq”.
Bu gün
də Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yurdunu erməni təcavüzü
nəticəsində itirmiş
insanların doğması,
əzizi, himayədarı
kimi sevilir. Xocalıdan
olan məcburi köçkün Nəsibə
Allahyarova birinci xanımın sadəliyindən,
mehribanlığından, səmimi
görüşlərindən söz açaraq deyirdi: "...Qəsəbəmizin
açılışında Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bizdə də oldular. Onların sadəliyi, səmimiliyi bizi çaşdırmışdı.
Elə bildim, qardaşım, bacım qonaq gəlib bizə... Problemlərimizlə maraqlandılar. Qızımızın nişanlı
olduğunu biləndə
Mehriban xanım dedi ki, onun
bütün cehizini alacağıq...”
Azərbaycanın Birinci vitse-prezidentinin çoxşaxəli fəaliyyəti
nəinki respublikamızda,
eləcə də ölkə hüdudlarından
kənarda da daim yüksək qiymətləndirilib. Fəaliyyətində daim humanizm prinsiplərini əsas götürən Mehriban xanım Əliyevanın sivilizasiyalar və dinlərarası dialoqdakı
xidmətləri də
ona beynəlxalq aləmdə böyük nüfuz qazandırıb.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 8 dekabr.-
S.1-2.