Azərbaycanın və Polşanın hərbi hüquq ekspertləri Bakıda müzakirələr
aparıblar
Azərbaycanın və Polşanın Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, tədbirdə
hüquq xidmətinin təşkili məsələləri,
hərbi qanunvericilik və hərbi
hüquqşünasların xidməti fəaliyyəti sahəsində
qazanılan təcrübəyə dair
qarşılıqlı fikir mübadiləsi
aparılıb. Həmçinin hərbi
qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri,
eləcə də bir sıra digər məsələlər
müzakirə olunub.
Azərbaycan.- 2019.- 8 dekabr.- S.2.