Könüllülük hərəkatı geniş vüsət alır

 

Azərbaycan Prezidenti Şamaxıda "ASAN xidmət”in açılışında iştirak edərkən bir daha gəncləri bu sahədə fəal olmağa çağırdı

 

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan "ASAN xidmət”in fəaliyyəti artıq regionlarda da ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanır. Dövlət başçısı bu günlərdə Şamaxıya səfəri çərçivəsində "ASAN HəyatMərkəzinin açılışı zamanı bir daha bu məsələyə toxundu. Ölkə rəhbəri bildirdi: "Şadam ki, "ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Yəni bu, onu göstərir ki, xidmət doğrudan da böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb”.

Vaxtilə ictimai xidmətlər sahəsindəki bürokratiya, süni əngəllər, süründürməçilik digər neqativ hallar vətəndaşların haqlı narazılığına şikayətlərinə gətirib çıxarırdı. Lakin "ASAN xidmət”in yaradılması əhalinin bütün təbəqələrinin rəğbətini qazanması bu gün reallıqdır. Əgər belə olmasaydı dövlət başçısının da xüsusi qeyd etdiyi kimi, bu xidmət sektoruna müraciət edənlərin sayı 34 milyondan çox olmazdı. Vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin qarşısının alınması baxımından nümunəyə çevrilən "ASAN xidmət”in coğrafiyası genişlənməkdədir.

Bu xidmət mərkəzinin 16-cısı Şamaxıda açıldı. Buna qədər isə paytaxt Bakıda 5 mərkəz fəaliyyət göstərirdi. Onlara müraciət edənlərin sayının gündən-günə çoxalması da adıçəkilən xidmətin özünü doğrultması, vətəndaşların rahatlığının təmin edilməsi deməkdir. Məhz buna görə dövlət başçısının tapşırığına əsasən paytaxtda daha iki "ASAN xidmətmərkəzinin açılması nəzərdə tutulub. Sumqayıt Gəncədə belə mərkəzlərin yenilərinin açılmasına ehtiyac duyulduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti onu da vurğuladı ki, "ASAN xidmət”in səyyar fəaliyyət coğrafiyası da genişlənir. 10-dan artıq avtobus ölkənin ərazisini dolaşır. "ASAN qatar”ın da fəaliyyətini bura əlavə etsək, ölkə əhalisinin bu sahəyə ehtiyacının necə yüksək şəkildə təmin olduğu barədə real vəziyyəti yarada bilərik.

Azərbaycan Prezidenti "ASAN xidmət”in artıq respublikamızın hüdudlarından kənarda da fəaliyyətə başladığını məmnunluqla qeyd etdi. Həmin sektorun özəlliyi bir ondadır ki, burada çalışanların əksəriyyəti gənclərdən ibarətdir. Bu da dövlət gənclər siyasətinin tərkib hissələrindən biridir. Onların məşğulluğunun təmin olunması, xalqa xidmət mədəniyyətinin yüksəldilməsi, istedad bacarıqlarının, eyni zamanda, vətənpərvərliklərinin təsdiqlənməsi üçün yaradılan şərait deməkdir.

"ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da işləmiş gənclərimizin həyata da vəsiqə aldıqlarını, bilikli kadrlar kimi onlara inamın artdığını diqqətə çatdıran ölkə rəhbəri bildirdi: "Bilikli, savadlı, vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır. Gənclər biliklərlə yanaşı, vətənə bağlı olmalıdırlar, vətəni dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar”.

Kompleksin əməkdaşlarından olan Jalə Hüseynova hələ ali məktəbdə oxuyarkən Bakıda "ASAN xidmətmərkəzində könüllü kimi fəaliyyət göstərdiyini qeyd etdi. O, Prezidentin Gənclər Günü münasibətilə respublika gəncləri ilə görüşündə "ASAN könüllü”sü kimi iştirak etdiyini xatırlatdı. Bildirdi ki, dövlət başçısı gənclərə hər zaman vətənpərvərlik ruhunda tərbiyə olunmalarını, öz dillərini, dəyərlərini qorumalarını hansı sahədə işlədiklərindən asılı olmayaraq, öz işlərinin peşəkarına çevrilmələrini məsləhət görmüşdür. "...Həmin görüş mənim həyatımın dönüş nöqtələrindən biri oldu. Mən qərar verdim ki, bu yolda addımlamalıyam dövlət qulluğuna hazırlaşdım. Mən çox şadam ki, fevral ayında Sizin qarşınızda könüllü kimi dayanmışdım, bu gün isə dövlət qulluqçusu kimi dayanıram...”

Ölkəmizdə keçirilən bir çox möhtəşəm tədbirlərdə könüllülük fəaliyyətinə qoşulmuş Toğrul Cəfərov qeyd etdi ki, "Bakı-2015” Avropa Oyunları, "Bakı-2017” İslam Həmrəyliyi Oyunları, daha sonra üç il davam edən "Formula-1” yarışlarında, 2016-cı ildə təşkil olunan Şahmat Olimpiadasında könüllü kimi çıxış edib. İndiyədək "ASAN xidmətailəsinin bir fərdi könüllüsü olduğunu bildirən T.Cəfərov onu da vurğuladı ki, könüllü olan zaman bizim şəxsi inkişafımız üçün bir sıra təlimlərin, seminarların keçirilməsi, ən kiçik ehtiyacımızdan tutmuş ən böyüyünün həlli məhz dövlət başçısının gənclərə, könüllülərə göstərdiyi qayğı diqqət nəticəsində olub. "Siz çıxışlarınızın birində qeyd etmişdiniz ki, ölkəmizdə könüllülük fəaliyyəti var bu könüllülük fəaliyyəti daim yaşayır. Biz öz növbəmizdə Sizə söz vermək istəyirik ki, bu illər ərzində keçdiyimiz bütün təcrübələri, Sizin bizə olan qayğınızı, diqqətinizi Şamaxı gəncləri ilə bölüşəcəyik. Bu könüllülük fəaliyyətini daim yaşadacağıqdeyə Toğrul Cəfərov bildirdi.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 8 dekabr.- S.3.