Azərbaycanda multikulturalizm nümunəsi

 

Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşünə xidmət edən siyasətdir. Multikulturalizm dedikdə çoxmədənilik fərqli mədəniyyətlərin bir arada yaşadığı cəmiyyət başa düşülür. Bir siyasət kimi o, öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. Belə ki, müxtəlif mədəniyyətlərin inteqrasiya olunmuş şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biri hesab edilir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəni dəyərlərin formalaşmasına səbəb olur ki, bu da insanları birləşdirir.

Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasında bu sahədə ortaya qoyulan mümunədir. Burada ölkənin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç vəd etmir, çünki bu, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya qarşıdurmaya, milli dini münaqişələrə aparıb çıxara bilər.

Müasir dövrdə multikulturalizm Azərbaycanda əhəmiyyətli rol oynayır. Tarixən Azərbaycan çoxmədəniyyətli bir dövlət olmuşdur. Keçmiş dövrlərdən bəri burada avarlar, talışlar, ləzgilər, udinlər s. millətlər sülh əmin-amanlıq içərisində yaşamışdılar.

Ölkəmizdə multikultural cəmiyyətin yaranıb inkişaf etməsində coğrafi faktorun rolu da böyük olmuşdur. Belə ki, Azərbaycanın əlverişli coğrafi ərazidə müxtəlif milli mədəniyyətlərin qovşağında yerləşməsi bir sıra xalqların milli azlıqların məskunlaşmasına təsir göstərmişdir. Azərbaycanın bu əlverişli coğrafi mövqeyi onun etnik mədəni müxtəlifliyə malik olan bir cəmiyyət kimi formalaşmasında da öz əhəmiyyətini ortaya qoymuşdur. Ancaq ölkədə multikulturalizmin inkişafı təkcə əlverişli coğrafi amildən asılı deyildir. Çünki dünyada elə ölkələr var ki, onlar da Azərbaycan kimi əlverişli coğrafi məkanda yerləşirlər. Lakin həmin ölkələrin bir çoxunda multikulturalizmin vəziyyəti Azərbaycandakından çox-çox aşağıdır. Səbəb isə Azərbaycanın multikulturalizmi dövlət siyasəti kimi qəbul etməsidir. Multikulturalizm respublikamızda dövlət siyasəti ilə yanaşı, həm əhalinin həyat tərzidir. Azərbaycanda multikulturalizmin siyasi əsasları Konstitusiyamızın bəndlərində, qanunvericilik aktlarında, fərman sərəncamlarda öz əksini tapmışdır.

Hər bir ölkənin sosial-iqtisadi tərəqqisi onun mədəni inkişafı ilə sıx bağlıdır. Dünyada qlobal maliyyə böhranının hökm sürdüyü dövrdə respublikada iqtisadiyyatın demək olar ki, bütün sahələrində irəliləyiş təmin olunur. Azərbaycan hazırda dünyanın qabaqcıl ölkələri sırasında öz yerini tutmaq üçün səylərini daha da gücləndirir. Bu gün respublikamız iqtisadi göstəricilərinə görə dünyanın qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutursa, bu həm onun müxtəlif etno-mədəni qrupları özündə birləşdirməsi qoruması siyasətindən irəli gələn göstəricidir. Ölkəmizdə sosial iqtisadi inkişafın təmin edilməsində multikulturalizmin böyük rolu vardır.

Azərbaycanda multikulturalizmin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun hakimiyyəti dövründə ölkədə dinindən milliyyətindən asılı olmayaraq bütün xalqlar rifah firavanlıq içərisində yaşamışdır. Ulu Öndər respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirmiş ölkəmizi dünya miqyasında multikulturalizm ölkəsi kimi tanıtmışdır. Bu hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ölkədə multikulturalizmin daha da inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 15 may 2014-cü il tarixli sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Mərkəzin əsas vəzifələri Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq qorunub saxlanması yollarını müəyyənləşdirməkdən, multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə təmas dərəcəsini öyrənmək təşviq etməkdən, müxtəlif dinlərə mənsub gənc din xadimlərinin peşəkar dini, dünyəvi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda keçmiş müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək yaymaqdan, eləcə multikulturalizmin ölkənin sosial-iqtisadi inkişafına təsirini təhlil etməkdən ibarətdir.

Ölkəmizdə yaşayan müxtəlif millətlərin etnik azlıqların bərabərhüquqlu olması, yəni onlara yerli əhali ilə müqayisədə fərq qoyulmaması multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin əyani sübutudur. Hazırda Azərbaycanda ölkənin əsas çoxluq təşkil edən əhalisi - azərbaycanlılarla yanaşı, bir sıra digər millət, xalq etnik azlıqlar da yaşayır. Respublikamızda yaşayan millətlər əsasən ləzgilər, ruslar, talışlar, avarlar, türklər, tatarlar, gürcülər, yəhudilər kürdlərdən ibarətdir.

Ölkədə multikulturalizmin sosial-iqtisadi inkişafa təsiri bundan ibarətdir ki, respublikada yaşayan müxtəlif millətlərin nümayəndələri yerli əhali kimi iqtisadiyyatın istənilən sahəsində müəssisə aça bilərlər. Onların iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatıraraq həm mənfəət əldə etmək, həm ölkənin iqtisadi inkişafına təsir göstərmək imkanı var. Bu gün Azərbaycanda fəaliyyət göstərən ölkənin sosial iqtisadi inkişafında mühüm rol oynayan bir çox iri müəssisələr vardır ki, həmin müəssisələrin rəhbərləri burada məskunlaşan qeyri-azərbaycanlılardır. Hər bir ölkənin makroiqtisadi göstəricilərindən biri ölkə əhalisinin rifah səviyyəsidir. Qeyd edə bilərik ki, multikulturalizm ölkəmizdə yaşayan yerli əhalinin başqa millətlərin rifahına da müsbət təsir göstərir. Siyasi iqtisadi sabitliyin hökm sürməsi, yerli əhali ilə birgə başqa millətlərin sülh əmin-amanlıq içərisində yaşaması, onların hüquqlarının qorunması eləcə yerli əhali kimi bərabərhüquqlu olması respublikada rifah səviyyəsinin yüksəlməsindən xəbər verir.

Azərbaycan Respublikasında multikulturalizmin bir siyasət olaraq inkişaf etdirilməsi dünyanın bir sıra nüfuzlu ölkələri ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə təsir göstərir. Belə ki, xarici ticarət əlaqələrinin qurulmasında, ölkəmizin müxtəlif sahələrinə külli miqdarda investisiya yatırılmasında, əcnəbi adamlarının ölkəmizdə şirkət qurub həm yerli əhalini, həm müxtəlif millətləri işlə təmin etməsində multikulturalizm faktorunun əhəmiyyəti danılmazdır. Bundan əlavə, qeyd edə bilərik ki, multikulturalizmin ölkəmizdə turizmin inkişafına da böyük təsiri vardır.

Məlumdur ki, turizm sektoru iqtisadiyyatın ən çox perspektivli gəlir gətirən sahələrindən biridir. Azərbaycanda isə turizmin inkişafı üçün əlverişli şərait mühit var. Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi gözəl iqliminin olması burada turizmin inkişafına təkan vermişdir. Hər il ölkəmizə xaricdən saysız-hesabsız turistlərin gəlməsi, onların yüksək səviyyədə istirahət etməsi ölkəmizdən razı qalması turizmin inkişafının əyani sübutudur. Bakı, Gəncə, Qəbələ, Quba, Qusar digər şəhər rayonlarımız turizm üçün çox gözəl məkan hesab olunur. Burada turizmin inkişafını daha da sürətləndirmək olar. Turistlərin bir çoxu dəniz turizmi, bəziləri dağ turizmi üçün, bəziləri isə müalicə məqsədilə ölkəmizə üz tuturlar. Bütün bunlar respublikada turizmin inkişafına öz müsbət təsirini göstərir.

Ölkəmizdə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi təkcə turizm sektorunun deyil, eləcə iqtisadiyyatın digər sahələrinin inkişafına da müsbət təsirini göstərir. Yuxarıda qeyd etdiyimiz faktorları nəzərə alaraq qeyd edə bilərik ki, multikulturalizm ölkənin makroiqtisadi göstəricilərinin artımında, o cümlədən sosial iqtisadi inkişafın təmin olunmasında əvəzsiz rol oynayır.

 

Xaqani NƏZƏROV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının müdavimi

 

Azərbaycan.- 2019.- 10 dekabr.- S.6.