“Patent haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Patent haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il 19 fevral tarixli 1510-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 5 aprel tarixli 609 nömrəli Fərmanının 1.1-ci bəndinin
icrasını təmin
etmək məqsədilə
qərara alıram:
"Patent haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 19
avqust tarixli 755 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 8, maddə 505; 2003, ¹ 10, maddə 571; 2004, ¹ 7, maddə
526; 2009, ¹ 4, maddə 226; 2010, ¹ 12, maddə 1064; 2012, ¹ 7, maddə
679; 2014, ¹ 7, maddə 798; 2019, ¹ 3, maddə 440) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.1-ci bənddən
"4.2-ci maddəsində,” sözləri çıxarılsın
və həmin bənddə "39.2-ci maddəsində
(birinci halda)” sözləri "39.2-ci maddəsində
(birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı
məzmunda 2.1-1-ci bənd
əlavə edilsin:
"2.1-1. həmin
Qanunun 39.2-ci maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;”.
3. 2.2-ci bənddə
"39.2-ci maddəsində (ikinci halda)” sözləri "39.2-ci maddəsində
(üçüncü halda)”
sözləri ilə əvəz edilsin.
4. 2.4-cü bənddən
"4.2-ci maddəsində,” sözləri çıxarılsın
və həmin bəndə "39.2-ci maddəsində”
sözlərindən sonra
"(birinci halda)” sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 11 dekabr.-
S.2.