Azərbaycan-İordaniya sənədləri imzalanıb
Dekabrın 10-da İordaniya Kralı II Abdullah ibn Al Hüseynin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Dəniz Komissiyası arasında dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın 1/10-cu qaydasına uyğun olaraq sertifikatların tanınması haqqında Anlaşma Memorandumu layihəsinə edilmiş dəyişikliklərin imzalanması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, sənədləri
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov
və İordaniyanın Xarici İşlər
naziri Ayman Safadi imzalayıblar.
Azərbaycan.- 2019.-11 dekabr.- S.2.