Efirin, ekranın ən tələbkar dinləyiciləri və tamaşaçıları...

 

11 dekabr  Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür

 

Gələcək onlarındır. Sabaha inamın gücü uşaqların bu gün xoşbəxt, ümidli, sağlam olmaları ilə ölçülməlidir. Bunun üçün balacaların firavan yaşamaları kifayət deyil. "Uşaqların beyni kağız kimidir” deyirlər. Oraya yazılanlar heç vaxt unudulmur. Eşitdikləri, gördükləri uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Bu mənada 1994-cü ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Kann şəhərində elan etdiyi bu bayram - Beynəlxalq TeleviziyaRadio Günü böyük əhəmiyyət daşıyır. Hər il dekabrın 11-i qeyd olunan Beynəlxalq TeleviziyaRadio Günü böyüklərin yadına salır ki, balaca dinləyicilərə və tamaşaçılara laqeyd yanaşmaq olmaz.

 

Unudulmayan verilişlər...

 

Sevgi və səmimiyyətlə balaca dinləyicilərin, tamaşaçıların diqqətini, məhəbbətini qazanmaq mümkündür. Necə ki, bu günün orta və ahıl yaşlıları kiçik yaşlarında dinlədikləri, baxdıqları uşaq verilişlərini yaddan çıxarmayıblar. Azərbaycan radiosunun məşhur "Biləyən”i onların çoxunun uşaqlığına yoldaş olub. Bu günsevimli Biləyənin bu çağırışını unutmayıblar:

 

Biləyənəm, biləyən,

Bilikləri məndə bil,

Əlini ver dost olaq,

Mən biləni sən bil.

 

Sonra uşaqların əziz Savalan babası balaca dinləyicilərini salamlayırdı: "Salam, mənim istəkli nəvələrim, nəticələrim”. Diktor Ofeliya Sənani Biləyəni, aktyor Sadıq Hüseynov isə Savalan babanı öz məlahətli səsləri, şirin sözləri ilə dinləyicilərə o qədər sevdirmiş, doğmalaşdırmışdılar ki, yüzlərlə, minlərlə uşaq bu verilişi səbirsizliklə gözləyirdi. Əyləncəli olduğu qədər maarifpərvər "Biləyəndinləyicilərə maraqlı məlumatlar verirdi.

İllər öncə müsahibəmizdə aktyor Sadıq Hüseynov öz yaradıcılığından danışarkən bu verilişi xüsusi qeyd etdi. O, "Biləyən”in çox məşhur veriliş olduğunu, redaksiyaya saysız-hesabsız məktublar gəldiyini yada saldı. O vaxtadək istedadlı aktyor kimi tanınan, sevilən Sadıq Hüseynov Savalan babanı öz yaradıcılığının zirvəsi hesab edirdi.

Uşaq verilişlərindən danışarkən "Piri babanın nağıllarıadlı televiziya verilişini onun qəhrəmanı "Xoruz baba”nı da unutmaq olmaz. Aktyor Hüseynağa Sadıqov bu rolu balaca tamaşaçılara çox sevdirmişdi. O, ifa etdiyi hər rolu məşhurlaşdırmaq istedadına malik idi. Teatrda, kinoda, eləcə radio televiziyada böyük uğurlar qazanmış bənzərsiz sənətkar idi. Ancaq Hüseynağa Sadıqovun da zəngin yaradıcılığında "Piri babanın nağıllarıteleviziya verilişinin özünəməxsus yeri var idi. Kiçik yaşlı tamaşaçılar ona "Xoruz babadeyə müraciət edirdilər. Akyor buna alışmışdı incimirdi.

Azərbaycan televiziyasında yayımlanan "Piri babanın nağıllarıda "Biləyənkimi yalnız balacaları güldürüb əyləndirmirdi. Bu veriliş uşaqların dünyagörüşünün formalaşması, biliklərinin artması baxımından faydalı idi...

 

Uşaqlar hansı verilişlərə baxmaq istəyirlər?

 

Doğrudur, dövr dəyişib. Razılaşmalıyıq ki, o verilişlərə baxan, dinləyən uşaqlar indikilərdən fərqli idilər. Onların əyləncələri həmyaşıdları ilə oynamaq, məşğuliyyətləri kitab, qəzet, jurnal oxumaq, imkan düşdükcə teatrlara getmək, günlərinin müəyyən hissəsini, əlbəttə ki, valideynlərinin məsləhəti, nəzarəti ilə televiziya radio qarşısında keçirmək idi.

Müasir dünyamızda texniki tərəqqi, internetin inkişafı uşaqların da həyatına sirayət edib. Evdə, küçədə, istirahət məkanlarında, avtobusda, metroda, hətta kiçik yaşlı uşaqların belə çoxunun əllərində mobil telefon görmək olar. Əksəriyyəti müxtəlif oyunlar oynamaqla, izləməklə məşğuldurlar. Ancaq internet oyunlarına aludəçilik uşaqlara sevimli cizgi filmlərini unutdurmur. yenə televiziyalar kiçik yaşlı tamaşaçılar üçün cəlbedicidir.

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanan "Uşaq hüquqları haqqındaAzərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: "Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir”.

Ölkəmizdə uşaqlara diqqət qayğı getdikcə artmaqdadır. Həyata keçirilən bir sıra dövlət proqramları, layihələr, eləcə inşa olunan, əsaslı təmir edilən məktəblər, uşaq bağçaları, yaradılan idman kompleksləri onların hər birinin daha yaxşı böyüməsi, təhsil alması, düzgün tərbiyələndirilməsi, dünyagörüşünün formalaşması, intellektual səviyyəsinin yüksəldilməsi, dövlət, cəmiyyət, ictimaiyyət xalq üçün əsl vətəndaş kimi yetişdirilməsinə şərait yaradır. Bu gün respublikamızda fəaliyyət göstərən radio televiziya kanalları da dövlət xalq üçün olduqca əhəmiyyətli olan məsələlərdə öz töhfələrini verməlidirlər. Beynəlxalq Uşaq Televiziya Radio Günü bu vacib məsələyə diqqəti yönəldir.

Ölkəmizdə radio televiziya kanallarının sayı az deyil. Onların əksəriyyətinin uşaqlar üçün ayrıca redaksiyası var. 2015-ci il aprelin 1-dən isə ilk uşaq telekanalı - "ARB Günəşfəaliyyət göstərir. Televiziya cizgi filmləri maarifləndirici proqramlar təqdim edir.

Təəssüf ki, Azərbaycanda televiziya kanalları artsa da, uşaq verilişlərinin sayı keyfiyyəti qənaətbəxş deyil. Televiziya kanallarının çoxu cizgi filmləri nümayiş etdirməyə üstünlük verirlər. Bununla kiçik yaşlı tamaşaçıları qarşısında öz vəzifələrini bitmiş hesab edirlər.

Bu gün bir çox ölkələrin, elə qonşularımız Rusiyanın, Türkiyənin müxtəlif telekanallarında uşaqlar üçün daha dolğun, zəngin proqramlar nümayiş etdirildiyini görürük. Faydalı işlərdən öyrənmək, nümunə götürmək lazımdır. Azərbaycanın gələcəyi olan uşaqlar maraq göstərdikləri verilişləri çox axtarmamalıdırlar.

Uşaqların yaşını, maraq dairələrini nəzərə alaraq, onların psixologiyasına, dünyagörüşünə uyğun, baxımlı verilişlər hazırlamaq respublikamızın radio televiziyalarının yaradıcı heyətlərinin mənəvi borcudur. Uşaq proqramları ayrılmış vaxtı doldurmaq naminə hazırlanırsa, maraq doğurmayacaq. Çünki böyüklər qədər həyat təcrübələri zəngin olmasa da, uşaqlar yaxşını, pisi ayırmağı bacarırlar. Onlar bu dünyanı, insanları öz təmiz duyğularının işığında görə bilirlər. Ona görə uşaqlar bayağı ünsiyyəti qeyri-səmimi münasibəti dərhal hiss edirlər. Əgər televiziya radiolar uşaqların diqqətlərini cəlb edəcək, maraq doğuracaq verilişlər hazırlasalar, onların tamaşaçıları dinləyiciləri olacaq.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 11 dekabr.- S.12.