Neftçala şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq Neftçala şəhərində su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin
icrasına başlanılması məqsədilə qərara
alıram:
1. Neftçala şəhərinin
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması məqsədilə Azərbaycan
Respublikasının 2019-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan "Azərsu” Açıq Səhmdar
Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat
ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 dekabr 2019-cu il
Azərbaycan.-
2019.- 12 dekabr.- S. 2.