Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

 

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, digər rəsmilər, Olimpiyadünya çempionları, müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Sonra Qara Qarayev adına Azərbaycan dövlət kamera orkestrinin ifasında Ümummilli Liderin sevdiyi musiqilər ifa edilib.

Çıxışlarda qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə digər istiqamətlərdə olduğu kimi, idman və təhsil sahələrinə də münasibət kökündən dəyişib. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulanPrezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar nəticəsində dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsidir. Sevindirici haldır ki, bu sahədə görülən işlər nəticəsində mühüm nailiyyətlər əldə edilib.

 

Azərbaycan.- 2019.- 12 dekabr.- S.6.