2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş
bələdiyyələrə keçirilən seçkilərin
yekunlarının müəyyən olunması qaydasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 16/68
2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə
seçkilərində əraziləri
bir neçə seçki dairəsi arasında bölünmüş
bələdiyyələrə keçirilən seçkilərin
yekunlarının müəyyən
olunması məqsədilə
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü, 29.4-cü, 107-ci və
238-ci maddələrinə uyğun
olaraq qərara alır:
1. 2019-cu il dekabrın 23-nə
təyin edilmiş bələdiyyə seçkilərində
əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr
üzrə səsvermənin
yekunlarına dair dairə seçki komissiyalarının səsvermə
protokollarının tərtib
edilməsi "Əraziləri
seçki dairələri
arasında bölünmüş
bələdiyyələr üzrə
səsvermə protokollarının
tərtibinə dair Cədvəl”ə uyğun
olaraq müəyyən
olunsun (cədvəl əlavə edilir).
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl
Rəhimov
11 dekabr
2019-cu il
Azərbaycan.- 2019.- 12 dekabr.-
S.9.