Əlləri soyudan, ürəkləri isidən “Qış nağılı”

 

"Biri vardı, biri yoxdu...” Hələ uşaqlıqdan eşidən kimi həyəcanlandığımız, ardını səbirsizliklə dinlədiyimiz doğma, məhrəm, şirin başlanğıc... Bu dörd sözün ardını dinlədikcə bəzən özümüzü nağıl qəhrəmanlarına bənzədər, bəzən o aləmə xəyali səyahət edər, bəzən özümüz üçün nağıl qəhrəmanları uydurar, bəzən də nağıllı dünyanı gerçək bilərdik... Bu gün bəlkə də çoxumuz nağıl dünyasından qopmamışıq hələ də. O nağıllara inanmasaq belə...

İndi sizə gerçək bir nağıldan danışacam - soyuq havada əlləri üşüdən, ürəkləri isidən "Qış nağılı”ndan. Amma o nağılı dinləmək yox, görmək, yaşamaq gərəkdir. O nağıl aləminə düşmək, orda gəzmək lazımdır. Bəzi uşaqların xəyallarındakı nağılları gerçək etmək üçün...

Bu nağıl dünyasına düşmək üçünçox uzağa getmək lazım deyil. Yolunuzu Fəvvarələr meydanından salsanız, özünüzü sehirli aləmə düşmüş kimi hiss edəcəksiniz. Yəqin ki, söhbətin "NargisFondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən "Soyuq əllər, isti ürək: Qış nağılı” xeyriyyə yarmarkasından getdiyini anladınız. Artıq 7 ildir ki, "Soyuq əllər, isti ürək” yarmarkası paytaxtımızın sakinlərinə və qonaqlarına əsl Yeni il ab-havası və sehirli əhvali-ruhiyyə bəxş edir.

 

Vazkeçilməz əyləncə ünvanı...

 

Taxta çəpərlə əhatələnmiş, rəngarəng bayraq işıqlarla, aksesuarlarla bəzədilmiş bu kiçik şəhərcikdə sizi Şaxta baba, müxtəlif nağıl qəhrəmanları şən əhvalla, gülər üzlə qarşılayır. İçəri daxil olan kimi gördüyü mənzərədən adamın əhvalı yüksəlir. Kənarlarda sıra ilə quraşdırılmış balaca taxta köşklər nağıllardan eşitdiyimiz evcikləri xatırladır. Bu evciklərdə doğmalarınız üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar ala, yarmarkada yerləşən kiçik kafelərdə şokolad, bir fincan isti çayya qəhvə içə, təamları və şirniyyatları dada bilərsiniz.

Havanın soyuq olmasına baxmayaraq, yarmarkaya hər gün xeyli sayda insan gəlir. Həftəarası işdən sonra və şənbə-bazar günləri isə burada necə deyərlər, iynə atsan, yerə düşməz. Şəhərin mərkəzinə gəzməyə çıxan hər kəs bu sevimli məkana mütləq baş çəkir. Çoxlarının vazkeçilməz əyləncə ünvanı olub "Soyuq əllər, isti ürək”... Amma ziyarətçilərin sayı nə qədər çox olsa da, təhlükəsizlik də bir o qədər güclü təmin edilir, asayişə ciddi nəzarət olunur.

Bu məkan turistlər üçünçox maraqlıdır. İrandan gələn Zöhrab İmamxani deyir ki, artıq ikinci ildir ailəsi ilə birlikdə qış fəslində Bakıya gəzməyə gəlir: "Azərbaycanı çox sevirik, burdan xeyli məmnunuq. Düzdür, Bakı küləklər şəhəri olduğu üçün bəzən burda hava daha soyuq olur. Amma bu şəhərdə Yeni il ab-havası insanda isti ovqat yaradır. Şəhəri gözəl bəzəyirlər. Keçən ilolduğum bu yarmarka həm uşaqlarıma, həm də bizə xoş təsir bağışlayır. Burada həm əylənir, həm də Azərbaycanın milli təamlarını dadırıq. İnşallah, bu, bizim ailə ənənəmizə çevrilər, hər il Bakıya gələr, "Soyuq əllər, isti ürək” yarmarkasında gəzərik”.

 

"Transformers” qəhrəmanı, selfi çəkən güzgü...

 

Yarmarkada böyüklü, kiçikli hər kəsin marağını, diqqətini çəkəcək əyləncələr var. Məsələn, uşaqların sevimli "Transformers” filminin qəhrəmanlarından biri olan Bamblbi ilə görüşüb rəqs etmələri, şəkil çəkdirmələri onlar üçün unudulmaz xatirə olacaq. Eləcə müxtəlif oyunlar oynaya, nağıl qəhrəmanları ilə görüşə, əylənə, gözəl bir gün keçirə biləcəklər.

Əyləncə yalnız uşaqlar üçün deyil axı. Burada böyüklər əylənməkdə uşaqlardan geri qalmırlar. Gənc qızlar oğlanlar, orta yaşlı insanlar, turistlər yarmarkada qurulmuş Yeni il, Qar adamı maketləri, yolka ağacı qarşısında fotolar çəkdirirlər. Foto çəkdirmək ödənişsizdir. Meydana qoyulan avtomobilin qarşısında şəkil çəkdirmək üçün növbə yaranır. Yeni ilin simvolu olan yolka ilə şəkil çəkdirmək üçün insanlar sıraya düzülürlər. Burada xüsusi foto köşkü var. Gənc cütlük Sevinclə Tural da içərisi Yeni il elementləri ilə bəzədilmiş evciyə daxil olaraq Şaxta baba Qar qızla şəkil çəkdirib, 2019-cu ilin son günlərini tarixin, kameranın yaddaşına köçürürlər.

Ən diqqətçəkən əyləncələrdən biri selfi güzgüsüdür. Selfi həvəskarları mobil telefon ya fotoaparatdan istifadə etmədən güzgünün köməyilə şəkillərini çəkə bilərlər. Güzgünün qarşısında dayanıb, əlinizi ona toxundurmaqla şəkliniz çəkiləcək sizin e-mail ünvanınıza göndəriləcək.

 

Xeyirxah missiya...

 

Yarmarkada milli mətbəximizlə yanaşı, "fast food”, "balık-ekmek”, dönər, "çiy köftə”, "pancake” kimi xarici təamları da dadmaq mümkündür. Eləcə kiçik, rahat kafelərdə çay, kofe, digər isti ya soyuq içkilərdən içə bilərsiniz. Yarmarkanın ərazisində stol stullar yerləşdirilib. Kimlərsə aldığı təamı orda əyləşib yeyə, söhbət edə bilərlər. Yarmarkaya gələn uşaqların ən çox sevdiyi isə "xırta-xırtkartof çipsləridir.

Analarının əlindən tutan Turxan Zərifə səbirsizliklə çips növbəsi gözləyirlər. Bu müddətdə biz Aybəniz xanımla söhbətləşirik. Deyir ki, uşaqlar ən çox "Transformers” qəhrəmanını görəndə sevindilər, onunla şəkillər çəkdirdilər: "Hətta istəyirdilər ki, onu evimizə qonaq aparsınlar... Bir bu "xırta-xırtkartof qızartmasını çox sevirlər. Biz demək olar ki, hər il bu yarmarkaya gəlirik. Həm uşaqlar əylənir, həm özüm hər il yenilənən köşklərə tamaşa edirəm, satılan suvenirlərdən alıram. Əsas olan bu yarmarkanın məramıdır. Onsuz da burda satılanlardan hər yerdə əldə edə bilirik. Yarmarkada satılan qidaların qiyməti şəhərin mərkəzindəki kafelərdə olan qiymətlərlə demək olar ki, eynidir. Məbləğdə ciddi fərq yoxdusa, onda niyə burdan almayaq? Axı bu, xeyriyyə yarmarkasıdır. Bu baxımdan insanlar yarmarkadan alış-veriş edib ehtiyacı olan şəxslərə faydalı ola bilərlər. Burdan əldə olunan gəlirin xeyirxah missiya daşıdığını, köməyə ehtiyacı olan uşaqlara yönəldiyini bildiyim üçün mən əlimdən gələn kiçik köməyi əsirgəməməyə çalışıram”.

 

Uşaqların xəyallarındakı nağılları gerçəkləşdirək

 

Bildirək ki, tədbirin yüksək səviyyədə keçirilməsində "NargisFonduna baş sponsorlar qismində, eləcə rəsmi tərəfdaş kimi dövlət özəl təşkilatlar dəstək göstərir.

Ənənəyə sadiq qalaraq, yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönləndiriləcək. "NargisFondu yarmarkanın sponsorları ilə birgə əməliyyata müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə kömək göstərəcək.

Xeyriyyə fondu 2012-ci ildə "Nargisjurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq davam etdirmək məqsədi ilə təsis edilib, 2013-cü ildə isə aktiv fəaliyyətə başlayıb. Məhz o zaman bu gözəl ənənənin - "Soyuq əllər, isti ürəkxeyriyyə yarmarkasının təməli qoyulub. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə əməliyyatları həyata keçirilib. "Nargisfondu tərəfindən 2019-cu ildən etibarən eyni prinsiplər davam etdirilir, Novruz bayramına həsr olunan "Torpaq əlimdə, bahar ürəyimdəyaz xeyriyyə yarmarkası təşkil edilir.

"Soyuq əllər, isti ürək: Qış nağılıxeyriyyə yarmarkası yanvarın 13-dək hər gün səhər saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Siz bu nağıllar aləminə səyahət edin müalicəyə ehtiyacı olan uşaqların xəyallarındakı nağılların gerçəkləşməsinə kömək edin.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2019.- 12 dekabr.- S.12.