Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədarInstagramsəhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: “Bu gün - 12 dekabr Azərbaycanın Azərbaycan xalqının həyatında taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.

 

Azərbaycan.- 2019.- 13 dekabr.- S. 1.