ADA Universitetində ümummilli
lider Heydər Əliyevin xatirəsi anılıb
ADA Universitetində
ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.
Universitetdən AZƏRTAC-a bildirilib
ki, bununla bağlı keçirilən
tədbirdə tələbə
və müəllim heyəti qarşısında
Azərbaycan Respublikası
Prezidenti katibliyinin sabiq rəisi, tarix üzrə elmlər doktoru, professor Dilarə Seyidzadə çıxış edib.
Uzun illər xalqımızın
ümummilli lideri Heydər Əliyevlə birgə çalışmış
Dilarə Seyidzadə Ulu Öndərlə bağlı xatirələrini
bölüşüb. O vurğulayıb
ki, Heydər Əliyev ictimai xadim kimi fəaliyyətinin
hər addımında
Azərbaycanın milli
maraqlarını və
Azərbaycan vətəndaşının
rifahını üstün
tutub. Onun yüksək insani
keyfiyyətləri ictimaiyyətlə
görüşlərində, xalqla təmaslarında hər dəfə özünü büruzə
verib. Belə epizodlardan birini
bölüşən Dilarə
Seyidzadə bildirib ki, xüsusilə qaçqın və məcburi köçkün
düşən əhalinin
vəziyyəti Ulu Öndəri narahat edirdi. Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsi
uğrunda yorulmadan xidmət göstərən
Heydər Əliyev beynəlxalq platformalarda ölkənin inkişafının
sürətlənməsi istiqamətində
gərgin iş aparıb. Dilarə Seyidzadə Ulu
Öndərin Azərbaycana
nə qədər dərin məhəbbətlə
bağlı olduğunu,
Vətəni uğrunda
dayanmadan çalışmağa
hazır olduğunu nümunələrlə diqqətə
çatdırıb.
ADA Universitetinin
rektoru, səfir Hafiz Paşayev professor Dilarə
Seyidzadəyə gənclər
qarşısında bu
tarixi irslə bağlı xatirələrini
bölüşdüyü üçün minnətdarlığını
bildirib.
Anım tədbirinə öz xatirələrini də qatan rektor Hafiz Paşayev Azərbaycanın
ABŞ-da ilk səfiri
olduğu dövrdə
dahi lider Heydər Əliyevi səfərlərdə müşayiət
etməsindən danışıb. Bildirib
ki, olduqca gərgin iş qrafiki ilə
seçilən Ulu Öndərin xarici səfərləri daim
dövlət müstəqilliyinin qorunması və Azərbaycanın
inkişaf strategiyasına dəstək qazanmağa yönəlib. Hafiz
Paşayev Ümummilli
Liderin fəaliyyətini əsl diplomatiya məktəbi kimi
qiymətləndirib.
Azərbaycan.- 2019.-13 dekabr.- S.3.