Hikmət Hacıyev: “Ermənistan tərəfindən
səsləndirilən ziddiyyətli bəyanatlar
danışıqlar prosesinə ciddi xələl
gətirir”
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan yenə də destruktiv siyasətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaradır. İlk növbədə, Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir.
Azərbaycan
və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinə
toxunan Hikmət Hacıyev deyib
ki, erməni jurnalistlərin Azərbaycana
səfər edərək öz gözləri
ilə gördükləri barədə erməni ictimaiyyətini
məlumatlandırmaları vacib şərtlərdən
biridir. Nəzərə almaq lazımdır ki, Ermənistanda
dövlət səviyyəsində çox
ciddi təbliğat aparılır, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin
əsasları və səbəbləri ciddi
şəkildə təhrif edilir. Belə bir şəraitdə münaqişə ilə
bağlı Azərbaycanın baxışı barədə
jurnalistlərin Ermənistan ictimaiyyətini məlumatlandırmalarına
ehtiyac var idi. Bu əsasda da ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü
ilə jurnalistlərin qarşılıqlı səfərləri
həyata keçirildi. Bu,
həyata keçirilən ilk təşəbbüslərdən
biri idi. Azərbaycan və
Ermənistan QHT-lərinin qarşılıqlı səfərlərinə
dair təşəbbüslər barədə
isə hələlik məlumat yoxdur”.
Azərbaycan.-
2019.- 13 dekabr.- S. 3.