Azərbaycan beynəlxalq multikulturalizmin mərkəzinə çevrilib

 

Tarixən Azərbaycanda bütün dinlərin, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq, mehribanlıq, dostluq şəraitində yaşamış, multikultural dəyərlər və tolerantlıq mühiti yüksək səviyyədə olmuşdur.

Müstəqil Azərbaycanda multikulturalizm siyasətinin əsası, eləcə də dövlət-din münasibətlərinin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və dövlətçilik ideologiyasına çevrilmişdir. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan xalqının tarixi tolerantlıq və multikultural ənənələrini qoruyub saxlamaq mümkün olmuşdur. Müasir dövrdə Azərbaycanın dünyanın əsas multikulturalizm mərkəzlərindən birinə çevrilməsi və ölkəmizin beynəlxalq aləmdə daim artan nüfuzu Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl davam etdirilməsinin məntiqi nəticəsidir.

Multikulturalizm cənab Prezidentin daxilixarici siyasətinin mühüm istiqaməti hesab olunur. Bu siyasətin uğurla həyata keçirilməsi ölkə daxilində etnik-mədəni müxtəlifliklərin və dəyərlərin qorunmasına səbəb olur, ölkə xaricində isə etnik, dini, irqi və mədəni mənsubiyyətlərindən asılı olmayaraq Azərbaycanın digər dövlətlərlə hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır.

Multikulturalizm və tolerantlıq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Bütün dini etiqadlar dövlət tərəfindən tam şəkildə təmin edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlükya məhdudiyyət müəyyən edilə bilməz.

Cənab Prezidentin 14 noyabr 2019-cu ildə Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində söylədiyi kimi, Azərbaycanın qədim dinlərarası ənənələri var. Müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar. Bunlara nümunə olaraq, islam aləminin ən qədim məscidlərindən biri olan 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidini, Şəkinin yaxınlığında yerləşən Qafqaz Alban kilsəsini, Bakıda yerləşən atəşpərəstlik məbədini - atəşgahı göstərmək olar. Dövlətin maliyyə dəstəyi ilə ölkəmizdə yerləşən bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmişya yenidən tikilmişdir.

Azərbaycanın coğrafi baxımdan Şərqlə Qərbin qovşağında yerləşməsi, çoxmillətli və çoxkonfessiyalı ölkə olması, burada milli-mədəni müxtəlifliyin qorunması və etnik-dini dözümlülük mühitinin mövcud olması onu dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirmişdir. Azərbaycan bu gün iki fərqli sivilizasiya - Şərqlə Qərbin arasında körpü rolunu oynayır.

Ölkəmiz bütün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşkilinə xeyli töhfələr vermiş, bir çox uğurlar qazanmışdır.

Cənab Prezidentin xalqımızın tarixi tolerantlıq və multikultural ənənələrinə verdiyi dəyər onun bu sahədə həyata keçirdiyi islahatlardanonun şəxsi təşəbbüsü ilə ölkəmizdə keçirilən millətlər, mədəniyyətlər və dinlər arasında olan münasibətlərə həsr edilmiş beynəlxalq səviyyəli tədbirlərdən açıq şəkildə aydın olur.

2008-ci ildə Bakıda Avropa Şurasının mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropaonun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı keçirilmişkonfrans çərçivəsində cənab Prezident tərəfindən "Bakı prosesi” təşəbbüsü irəli sürülmüşdür. "Bakı prosesi” - mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Cənab Prezident "Bakı prosesi” təşəbbüsü haqqında demişdir: "BMT "Bakı Prosesini dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edir. 2008-ci ildə Bakıda Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısı keçirilmişdirbiz qərara gəldik ki, bu toplantıya İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət edək və beləliklə, birinci təmas yarandı. Ondan sonra 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasının mədəniyyət nazirlərini dəvət etdik. Bu gün beynəlxalq aləmdə "Bakı Prosesiçox yüksək qiymətləndirilir və bu, doğrudan da nadir əməkdaşlıq formatıdır”.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) qərarı ilə 2009-cu ildə Bakı islam mədəniyyətinin paytaxtı elan olunmuş, bununla bağlı ölkəmizdə silsilə tədbirlər keçirilmişdir.

2010-cu ilin aprelində Bakı şəhərində "Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda Dünya dini liderlərinin I Sammiti keçirilmiş, 2019-cu ilin noyabr ayında Dünya dini liderlərinin II Sammiti təşkil olunmuşdur.

2011-ci ildə Bakıda "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” təşkil edilmiş, bu forumun hər iki ildənbir keçirilməsi qərara alınmış, daha sonra 2013-cü, 2015-ci, 2017-ci, 2019-cu illərdə ölkəmizdə yenidən yüksək səviyyədə təşkil olunmuşdur. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Qürur hissi ilə deyə bilərik ki, bu möhtəşəm forum müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dinilinqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlarqruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilmişdir.

2011-2018-ci illərdə ardıcıl olaraq Bakıda keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunun xüsusi önəmini qeyd etmək lazımdır. Forum - bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2015-ci ilin sentyabrında Paris şəhərində "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilmişdir.

2015-ci ilin noyabrında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş konfransı Bakıda keçirilmiş, "Müsəlman dünyasında mədəni vasitəçilik rolunun təşviqi üçün fəaliyyət planı layihəsinin geniş xətləri” mövzusu müzakirə olunmuş, mühüm qərarlar qəbul edilmiş, habelə növbəti 3 ildə baş konfransa sədrlik Azərbaycana həvalə olunmuşdur.

Daha bir mötəbər tədbir 2016-cı ilin aprelində Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu olmuşdur. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyəti, çoxsaylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər. Bu forumun Azərbaycanda keçirilməsi ölkədə multikulturaltolerant mühitin olmasının göstəricisidir.

15 oktyabr 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşünün Bakı şəhərində təşkil olunması türkdilli ölkələr arasında əməkdaşlığın, dostluğun və münasibətlərin möhkəmləndirilməsi baxımından çox mühüm hadisə olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Ölkə rəhbərinin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanda 2016-cı il "Multikulturalizm ilielan edilmişbundan irəli gələrək ölkə və beynəlxalq səviyyədə görüləcək işlərlə bağlı Tədbirlər Planı təsdiq olunmuşdur.

Ölkəmizdə dini dözümlülüyün, dini müxtəlifliyin, millidini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən bu missiya layiqincə yerinə yetirilmiş, ölkə daxilində və xaricdə bir çox mötəbər tədbirlər təşkil olunmuşdur. Ötən bu müddət ərzində Heydər Əliyev Fondu tərəfindən xarici ölkələrdə bir sıra kilsə, məbəd, incəsənət və mədəniyyət evləri bərpa olunmuşdur. Buna misal olaraq, Vatikanda Müqəddəs Sebastian katakombalarının yenidən bərpa olunması və istifadəyə verilməsini də qeyd edə bilərik.

Mehriban xanım Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə 2004-cü ildə UNESKO-nun xoşməramlı səfiri, humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dilaoqun inkişafına, islam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.

Müasir dövrdə cənab Prezident tərəfindən həyata keçirilən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti tərəfindən qətiyyətlə dəstəklənən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir. Ölkəmizin dünyaya təqdim etdiyi multikulturalizm modeli bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir.

 

Zeynalabdin MƏMMƏDZADƏ,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

Dövlət və bələdiyyə idarəetməsi fakültəsinin magistrantı

 

Azərbaycan.- 2019.-13 dekabr.- S. 5.