Biz insanıq
Yaraşmır heç
bir insana,
Öz yaxasın
çəksin yana...
Biz insanıq, bu dünyada
Hər insana cavabdehik...
Azərbaycan balasıyam.
Vətənimdə
Hər canlıya,
hər cansıza,
Vicdanlıya, vicdansıza cavabdehəm.
Qocalmışam, diş
tökülür,
Bel bükülür,
Bəlkə, məni görən gülür.
Mən dilimdən
çıxan
Sözə cavabdehəm.
Mən sizin də yerinizə
"Mən” deyirəm.
Vətənimdə vətənsizə cavabdehəm.
Mən vətənin
Balasıyam, Qalasıyam!
Həm özümə,
həm də sizə cavabdehəm,
Cavabdeh
də qalasıyam!
Fikrət Qoca
Azərbaycan.-
2019.- 13 dekabr.-S.8.