Pensiyaların avtomatlaşdırılmış,
müavinətlərin elektron təyinatı
özünü doğruldur
2019-cu ildə sosial sahədə e-texnologiyaların tətbiqinə geniş yer verilmişdir. Azərbaycanda ilk sosial reyestr olan "E-sosial” internet portalının tətbiqi davam etmiş, pensiyaların avtomatlaşdırılmış, müavinətlərin elektron təyinatı işlərinə başlanmışdır. Bunlar Prezident İlham Əliyevin sosial sahəyə aid sərəncam və tapşırıqları çərçivəsində icra olunmuşdur.
"E-sosial”
internet portalı ölkəmizdə
ilk sosial reyestrdir. Dövlət
başçısının 5 sentyabr 2018-ci il
tarixli fərmanına
əsasən, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı
bu portal özündə
16 elektron altsistemi və 2 reyestri birləşdirir.
"E-sosial”
vətəndaşlara onlar
barədə toplanmış
sosial məlumatlar (əmək müqaviləsi,
fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik,
reabilitasiya və s. üzrə) bazasına çıxış imkanı
yaradıb. Vətəndaş özü barədə
portalda toplanmış
məlumatları daimi
izləyə bilir, yaranan sosial-əmək hüquqlarının təminatı
prosesinə ictimai nəzarəti həyata keçirir. Portal vətəndaşa habelə
nazirlik tərəfindən
təqdim olunan 100-dən
çox sosial xidmət növündən
yaranmış hüquqları
müqabilində çevik
rejimdə yararlanmaq imkanı verir.
Portalın "Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərir. "İOS” əməliyyat sistemi üçün tətbiqin
istifadəsi üçün
işlər aparılır.
Nazirliyin
2018-ci ilin noyabr ayından istifadəyə
verdiyi e-sosial.az internet portalına
baxış sayı 1
milyon 100 mindən çox olub. İstifadəçilərin sayı isə
105 mini ötüb.
2019-cu ilin
əvvəlindən ölkəmizdə
ilk proaktiv xidmət kimi, "E-pensiya” - pensiyaların avtomatlaşdırılmış
qaydada təyinatı mexanizminə keçilib. Nəticədə pensiya hüququ yaranmış şəxsə
özü müraciət
etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş
təması olmadan pensiya təyin edilir və ona bu barədə
elektron qaydada məlumat verilir. İl ərzində pensiyaya çıxan vətəndaşlarımızın
80 faizi bu xidmətlə əhatə
olunur.
Növbəti yenilik "E-müavinət”dir.
2019-cu ilin ilk aylarından
sosial müavinətlərin
elektron təyinatı
infrastrukturunun qurulması
işlərinə də
başlanıb. Onlardan uşağın doğulmasına görə
birdəfəlik müavinətin
e-təyinatı sistemi
oktyabrın 11-də istifadəyə
verilib və artıq e-qaydada 7600-ə yaxın bu növ
təyinat aparılıb.
Noyabrın 13-də isə sağlamlıq
imkanları məhdud
18 yaşadək uşağa
aylıq müavinət
və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün
də elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb. Bir sıra
digər müavinət
və təqaüd növü üzrə təyinat mexanizminin də elektronlaşdırılması
planlaşdırılıb. Müavinət və təqaüdlərin təyinatında
avtomatlaşdırma tədbirləri
bitdikdən sonra illik təqribən 180 minədək müraciətin
tam şəkildə, praktik
qaydada, vətəndaşların
hər hansı bir ünvana getmələrinə ehtiyac
olmadan təmin edilməsi həyata keçiriləcək.
Günərzi qayğı, icma əsaslı sosial reabilitasiya və yardım mərkəzləri
də sözügedən
sahənin yeniliklərindəndir.
1 iyun 2019-cu il tarixli sərəncamla
ayrılmış vəsait
hesabına nazirliyin sosial sifarişləri üzrə layihələr
əsasında yaradılan
reabilitasiyayönümlü sosial xidmət mərkəzlərinin sayı
3,5 dəfədən çox artıb və 187 olub. Hazırda 70 günərzi qayğı
mərkəzi, 46 icma əsaslı sosial reabilitasiya mərkəzi, autizm və daun sindromlu uşaqlar üçün
yardım mərkəzi
fəaliyyət göstərir.
Bu mərkəzlər əsasən uşaqlardan ibarət 8 mindən çox şəxsə xidmət göstərir.
Digər yeniliklər də maraq doğurur. Məsələn,
"Əmək müqavilələri
bildirişləri altsistemi”nin
məlumatına əsasən,
2019-cu ilin əvvəli
ilə müqayisədə
noyabrın 1-i tarixinə
əmək müqavilələrinin
sayı 145 min, aylıq
əməkhaqqı fondu
34 faiz, median əməkhaqqı
37,2 faiz artıb. O cümlədən qeyri-dövlət
sektoru üzrə əmək müqavilələrinin
sayında artım 95
min, aylıq əməkhaqqı
fondunda artım 35,3 faiz olub.
Övladlığagötürmədə yeni model tətbiq olunur. 10 dekabr 2018-ci il tarixli fərmanla nazirlik övladlığa götürülən
uşaqlarla və övladlığa götürməyi
arzu edən şəxslərlə bağlı
uçot sisteminin təkmilləşdirilməsi, bu
sahədə şəffaflığın
təmin edilməsi, övladlığa götürülmüş
uşaqların yeni ailələrdə yaşaması
və inkişafı prosesinə nəzarətin
gücləndirilməsi üçün
qabaqcıl dünya təcrübəsi əsasında
yeni idarəetmə mexanizmi hazırlayıb. Yeni idarəetmə uşaqların
mənafelərinin üstünlüyü
prinsipinə əsaslanır.
"Valideyn himayəsindən
məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi də yaradılıb.
Qabaqcıl beynəlxalq
təcrübədən irəli
gələn müasir
mexanizmlər əsasında
əmək qanunvericiliyinin
tətbiqinə dövlət
nəzarəti sisteminin
elektron nəzarət sistemi üzərindən həyata keçirilməsi
təcrübəsinin, elektron
protokol layihəsinin,
risk əsaslı yoxlama
mexanizminin tətbiqi nəzərdə tutulur.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə
Milli Observatoriya yaradılır. Observatoriya mütərəqqi dünya təcrübəsi
əsasında təkmil
monitorinq və proqnozlaşdırma sisteminin
formalaşmasına imkan
verəcək.
Əməkhaqların birgə maliyyələşdirilməsi
proqramı 2020-ci ildən
işə salınacaq. İşsizlikdən sığorta fondunda bununla bağlı ayrıca xərc istiqaməti var.
2019-cu il
bir sıra mühüm tədbirlərlə
də yadda qalacaq. Məsələn, mayın 14-16-da Bakıda
Beynəlxalq Sosial Təminat Assosiasiyasının
(BSTA) Avropa Regional Sosial
Təminat Forumu keçirilib.
BSTA tərəfindən
təşkilatın əhatə
etdiyi ölkələrin
(regionlar üzrə) sosial təminat sahəsində həyata keçirdikləri layihələrin
qiymətləndirilməsi məqsədilə
hər üç ildənbir "Yaxşı
Təcrübə” müsabiqəsi
keçirilir. Növbəti müsabiqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi dörd layihənin hər biri uğurlu
təcrübə nümunələri
kimi xüsusi mükafatlara layiq görülüb. Bunlar ünvanlı
dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi
üzrə elektron sistemlər, özünüməşğulluq
proqramı və qeyri-rəsmi məşğulluğun
qarşısının alınması
layihələridir.
Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin mərkəzində
Azərbaycan vətəndaşı,
vətəndaşın rifahının
təminatı prinsipinin
dayandığını göstərir. Bu prinsip iqtisadi dividendlərin ilk növbədə
əhalinin rifahına
yönəldilməsini, sosial
müdafiəsinin gücləndirilməsi
istiqamətində atılan
addımların ardıcıl
olduğunu təsdiqləyir.
Bir daha xatırladaq ki, 2003-cü ildən ötən dövrdə əməkhaqların
7 dəfə, pensiyaların
9 dəfə, həssas
qruplara yönələn
sosial ödənişlərin
dəfələrlə artırılması da
bunu göstərir. Məşğulluq imkanlarının mütəmadi artırılması
isə ölkədə
işsizliyin kəskin
şəkildə azalaraq
5 faizə enməsi ilə nəticələnib.
Flora SADIQLI
Azərbaycan.-
2019.- 15 dekabr.- S.1-2.