Mərkəzi Seçki
Komissiyasının iclası keçirilib
Dekabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 11 dekabr 2019-cu il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və Böyük Azərbaycan Partiyasının 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətlərə baxılıb. Komissiya sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.
İclasda qarşıdan gələn
23 dekabr bələdiyyə seçkilərinə
hazırlıq istiqamətində müxtəlif məsələlərə
dair statistik göstəricilər
diqqətə çatdırılıb, həmçinin
2020-ci fevralın 9-na təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərlə bağlı nəzərdə tutulan genişmiqyaslı maarifləndirmə
proqramı barədə ətraflı məlumat verilib.
Azərbaycan.-
2019.- 15 dekabr.- S.4.