2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 17/71

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin 2019-cu il 10 dekabr tarixli iclasının qərarları ilə səlahiyyətli nümayəndələr maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunmuş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü 52-ci maddələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

1.1. Səlahiyyətli nümayəndələr:

 

Əli Zülfüqar oğlu İbrahimov

Etibar Oruc oğlu Nəsirov

Aydın Məlikməmməd oğlu Əkbərov

Yusif Hüseyn oğlu Süleymanov

Rauf Qarxun oğlu Mütəllimov

Nurəddin Səyyad oğlu Qocayev

Nübubət Rəhman qızı Namazova

Böyük Ağa Ənvər oğlu Babayev

Yeganə Kazım qızı Mehdiyeva

 

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

 

İlqar Əlixan oğlu Məmmədxanov

 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

14.12.2019

 

Azərbaycan.- 2019.- 15 dekabr.-S. 4.