2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Böyük Quruluş Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 17/72

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Böyük Quruluş Partiyası Ali Məclisinin 2019-cu il 10 dekabr tarixli iclasının qərarları ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Böyük Quruluş Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

 

1.1. Səlahiyyətli nümayəndələr:

 

Cavid Cabbar oğlu İsmayıl

Oqtay Yusif oğlu Qasımov

Qasım Rza oğlu Şeyxov

Leyla İbrahim qızı Musayeva

Namiq Ziyadxan oğlu Göyüşov

Elşən Zöhrab oğlu Orucov

Fariz Mehdi oğlu Quliyev

Fazil Xalıq oğlu Kərimov

 

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

 

İlqar Qəzənfər oğlu Mustafayev

Kərim Məmməd Həsən oğlu Kərimov

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

14.12.2019

 

Azərbaycan.- 2019.- 15 dekabr.-S. 4.