2020-ci il
fevralın 9-na təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Milli Dirçəliş
Hərəkatı Partiyasının səlahiyyətli və
maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndələrinin qeydə alınması
haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 17/73
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə
Milli Dirçəliş
Hərəkatı Partiyası
Ali Məclisinin 2019-cu il
10 dekabr tarixli yığıncağının qərarları ilə səlahiyyətli nümayəndələr
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndə
təyin olunmuş və həmin şəxslərin qeydə
alınması üçün
müvafiq sənədlər
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
təqdim edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
Şakir Pünhan oğlu Ağayev
Tahir Tofiq oğlu Seyidov
Həsrət Əhməd oğlu Fərzəliyev
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Çingiz Yusif oğlu Əhədli
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14.12.2019
Azərbaycan.- 2019.- 15 dekabr.-S. 4.