2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan
Milli İstiqlal
Partiyasının səlahiyyətli və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələrinin qeydə
alınması haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 17/74
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə
Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının
2019-cu il 10 dekabr tarixli iclasının qərarları ilə səlahiyyətli nümayəndələr
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələr
təyin olunmuş və həmin şəxslərin qeydə
alınması üçün
müvafiq sənədlər
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
təqdim edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün hüquqi
əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və
52-ci maddələrinə əsasən
qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə aşağıdakı
şəxslər Azərbaycan
Milli İstiqlal Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələri
kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
Rəşad Aydın
oğlu Bayramov
Xanmirzə Xanbala oğlu Məlikəliyev
Təyyar Həsən
oğlu Həsənov
Elnarə Elman qızı
Bayramova
Şükür Şakir
oğlu Qəhrəmanov
Xəlil Naib oğlu Əsədov
Fidail Cəbrayıl
oğlu İskəndərov
Qnyaz Yusif oğlu Yusifov
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Təbriz Səməndər oğlu Musayev
Vüqar Əhliman oğlu Kərimli
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14.12.2019
Azərbaycan.- 2019.- 15 dekabr.-S.
4.