2020-ci il
fevralın 9-na təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Böyük Azərbaycan
Partiyasının səlahiyyətli və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələrinin qeydə
alınması haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 17/77
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə
Böyük Azərbaycan
Partiyası Siyasi Şurasının 2019-cu il
11 dekabr tarixli iclasının qərarları
ilə səlahiyyətli
nümayəndələr və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə təyin
olunmuş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədlər Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(Mərkəzi Seçki
Komissiyası) təqdim
edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün hüquqi
əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və
52-ci maddələrinə əsasən
qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə aşağıdakı
şəxslər Böyük
Azərbaycan Partiyasının
səlahiyyətli və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndələri kimi
qeydə alınsınlar:
1.1. Səlahiyyətli
nümayəndələr:
Vüqar Cavad oğlu Qasımov
Nəsir Misgər
oğlu Babayev
1.2. Maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndə:
Valeh Bəylər oğlu Sadıqov
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl Rəhimov
14.12.2019
Azərbaycan.- 2019.- 15 dekabr.-S.
4.