Jan-Pyer Allali: “Azərbaycanın hər bir uğurunda xalqın böyük oğlu Heydər
Əliyevin imzası görünür”
Azərbaycanın hər bir uğurunda xalqın böyük oğlu Heydər Əliyevin imzası görünür. Heydər Əliyev Azərbaycanı üzləşdiyi çətinliklərdən xilas edib. Qanlı Yanvar hadisələrində o, xalqını unutmadı. Ölkənin iqtisadi baxımdan çətin vəziyyətdə olduğu, Azərbaycana qarşı torpaq iddiasında olan Ermənistanla münaqişənin gərgin anlarında Heydər Əliyev hakimiyyətə qayıdıb. O, ölkənin ən çətin anlarında xalqının yanında olub və onu xilas edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Fransa Yəhudi İnstitutları Təmsilçiləri Şurasının sabiq sədr müavini Jan-Pyer Allali deyib.
Jan-Pyer
Allali qeyd edib ki, Heydər
Əliyevin müdrik siyasəti sayəsində
Azərbaycan müstəqilliyini qoruyub
saxlayıb. Hazırda onun siyasətini davam etdirən Prezident İlham Əliyevin sayəsində bu müstəqillik möhkəmlənib,
ölkə gündən-günə inkişaf
edir.
Azərbaycan.-
2019.- 15 dekabr.- S.1.