Azərbaycan
Respublikasında 2020-ci il üçün
ehtiyac meyarının həddi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial
yardımının təyin
edilməsi məqsədilə
2020-ci il üçün ehtiyac meyarının həddi
160 manat məbləğində
təsdiq edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2020-ci il
yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr
2019-cu il
Azərbaycan.-
2019.- 17 dekabr.- S.7.