Azərbaycan
Respublikasında 2020-ci il üçün yaşayış
minimumu haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. Əhalinin
əsas sosial-demoqrafik
qrupları üzrə
yaşayış minimumunun
məbləği
2020-ci il üçün yaşayış
minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün
201 manat, pensiyaçılar
üçün 157 manat,
uşaqlar üçün
170 manat məbləğində
müəyyən edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2020-ci il yanvarın
1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29 noyabr
2019-cu il
Azərbaycan. - 2019.-17 dekabr.- S.7.