“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

"Məşğulluq haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 8, maddə 1669; 2019, ¹ 1, maddə 35, ¹ 3, maddə 381) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.21-ci maddədən "ən azı 3 (üç) ay əvvəlsözləri çıxarılsın;

1.2. 25.6-cı maddədə "5 faizindənsözləri "20 faizindən, lakin hər bir işəgötürən üzrə 10 sosial yerindənsözləri ilə əvəz edilsin;

1.3. 25.7-ci maddədə "digər yerləri üzrəsözləri "eyni vəzifə (peşə) üzrə digər yerlərindəkisözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il

 

Azərbaycan.- 2019.-17 dekabr.- S.7.