“İşsizlikdən sığorta fondunun
2020-ci il büdcəsi haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 29 noyabr tarixli 1698-VQ nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "İşsizlikdən
sığorta fondunun
2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının
2019-cu il 29 noyabr tarixli 1698-VQ nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən
edilsin ki:
1.1. "İşsizlikdən
sığorta fondunun
2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası
Qanununun 3-cü maddəsinin
9-cu hissəsində (hər
iki halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin
Qanunun 3-cü maddəsinin
9-cu hissəsində (birinci
halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti
nəzərdə tutulur;
1.3. həmin Qanunun 3-cü maddəsinin
9-cu hissəsində (ikinci
halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı
və Operativ Sosial Təminat Agentliyi, həmçinin Əmək Bazarı və Sosial Müdafiə Məsələləri
üzrə Milli Observatoriya nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. "Məşğulluq
haqqında” Azərbaycan
Respublikası Qanununun
25.1-ci və "İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikası
Qanununun 19.0.2.6-cı maddələri
ilə nəzərdə
tutulan sosial iş yerlərində işçilərin əməkhaqlarının
bir hissəsinin Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti
tərəfindən maliyyələşdirilməsi
qaydasının təkmilləşdirilməsini
iki ay müddətində
təmin etsin;
2.2. "İşsizlikdən
sığorta fondunun
2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi:
3.1. İşsizlikdən
sığorta fondunun
2020-ci il büdcəsinin gəlirlərinin
yerinə yetirilməsi
üçün tədbirlər
görsün və bu barədə ildə iki dəfə
Azərbaycan Respublikasının
Prezidentinə və Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin;
3.2. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
4. Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
4.1. İşsizlikdən
sığorta fondunun
2020-ci il büdcəsinin xərclərinin
yerinə yetirilməsi
üçün tədbirlər
görsün və bu barədə ildə iki dəfə
Azərbaycan Respublikasının
Prezidentinə və Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin;
4.2. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
5.Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi, yerli icra hakimiyyəti
orqanları və büdcədən maliyyələşən
təşkilatlar büdcədənkənar
vəsaitlər üzrə
2019-cu ildə yaranmış
işsizlikdən sığorta
haqları borclarını
2020-ci il üçün
xüsusi vəsaitlərin
smetalarında nəzərə
alsınlar.
6.Naxçıvan Muxtar
Respublikasının Nazirlər
Kabinetinə, şəhər
və rayon icra hakimiyyətlərinə tapşırılsın
ki, ərazilərindəki
dövlət təşkilatlarının,
o cümlədən büdcədən
maliyyələşən təşkilatların
işsizlikdən sığorta
üzrə sığorta
haqlarını vaxtında
və tam ödəməsini
təmin etmək üçün Azərbaycan
Respublikası İqtisadiyyat
Nazirliyinin tabeliyində
olan qurumlarla birlikdə tədbirlər
həyata keçirsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 dekabr 2019-cu il
Azərbaycan.- 2019.-17 dekabr.-
S.7.