“İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli
1569 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 8, maddə 1516; 2018, ¹ 12 (I kitab), maddə 2579; 2019, ¹
6, maddə 1038, ¹ 7, maddə
1217) 2.9-cu bəndi aşağıdakı
redaksiyada verilsin:
"2.9. həmin
Qanunun 19.0.5-ci maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq
Xidməti, Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə
Milli Observatoriya nəzərdə tutulur;”.
2. Bu Fərman
2020-ci il yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 dekabr 2019-cu il
Azərbaycan.-
2019.-17 dekabr.- S.7.