“Azərbaycan Respublikasının Kiçik
və Orta Biznesin
İnkişafı Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Azərbaycan
Respublikasının Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 6, maddə
1238, ¹ 10, maddə 1991, ¹ 11, maddə 2287; 2019, ¹ 3, maddə
411, ¹ 4, maddə 619, ¹ 5, maddələr
839, 855, ¹ 6, maddə 1027; Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 2 iyul tarixli 766 nömrəli Fərmanı) aşağıdakı
dəyişikliklər edilsin:
1. 5.2-ci bənd ləğv edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan
Respublikasının Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin
7.1-ci bəndində "5,0
(beş) milyon” sözləri "10 126 118 (on milyon
yüz iyirmi altı min yüz on səkkiz)” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 dekabr 2019-cu il
Azərbaycan.- 2019.-17 dekabr.- S.7.