Nazirlər Kabinetində Dövlət Neft
Fondunun Müşahidə
Şurasının növbəti iclası keçirilib
Dekabrın 16-da Azərbaycan
Respublikasının Nazirlər Kabinetində Dövlət Neft
Fondunun Müşahidə Şurasının növbəti
iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi haqqında sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Baş
Nazir Əli Əsədov Müşahidə
Şurasına sədr seçilib.
Dövlət Neft Fondunun
2020-ci il üçün
büdcə layihəsi və digər məsələlər
müzakirə olunub.
Azərbaycan.-
2019.-17 dekabr.- S.2.