Təhsil Nazirliyində BDU-nun əməkdaşlarına
dövlət təltifləri təqdim edilib
Dekabrın 16-da Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, mərasimdə
çıxış edən Təhsil naziri
Ceyhun Bayramov Ümummilli Lider Heydər
Əliyevin təhsilə daim xüsusi önəm verdiyini,
Ulu Öndərin ideyalarının Azərbaycan
Prezidenti İlham
Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Müasir dünyada təhsilin
mühüm rolunu qeyd edən nazir dövlət
başçısının bu sahə ilə bağlı
imzaladığı sənədlərin əhəmiyyətini
diqqətə çatdırıb.
C.Bayramov ölkəmizdə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən danışıb.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919-cu ildə təsis edilən Bakı Dövlət Universitetinin şərəfli inkişaf yolundan bəhs edən nazir bu ali məktəbin elm və təhsilimizin inkişafında, yeni elm və təhsil müəssisələri şəbəkəsinin formalaşmasında əvəzsiz rolunu vurğulayıb. O, Prezident İlham Əliyev tərəfindən "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci ildə imzalanmış sərəncamı xatırladıb. Nazir universitetin 100 illiyinin respublikamızda, Fransanın paytaxtı Parisdə UNESKO-nun baş qərargahında və digər ölkələrdə qeyd olunduğunu deyib.
BDU əməkdaşlarını təbrik edən C.Bayramov onlara uğurlar arzulayıb.
Sonra universitetin əməkdaşlarına 100 illik münasibətilə və Azərbaycanda
təhsilin və elmin
inkişafındakı xidmətlərinə görə fəxri
adlar, orden və medallar təqdim olunub.
Azərbaycan.-
2019.- 17 dekabr.- S. 2.