AHİK-in sədri Pan Avropa Regional Şurasının vitse-prezidenti
seçilib
Belçikanın paytaxtı Brüsseldə
Pan Avropa Regional Şurasının
(PARŞ) 4-cü Baş Assambleyası
keçirilib.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasından
AZƏRTAC-a bildiriblər ki,
tədbirdə PARŞ-ın
2016-2019-cu illərdəki fəaliyyəti
haqqında hesabat və 2020-2023-cü illər
üçün siyasi
sənəd müzakirə
edilib. Pan Avropa
Regional Şurasının prezidenti
İ.Petriaşvili, Beynəlxalq
Həmkarlar İttifaqları
Konfederasiyasıının baş katibi Ş.Barrou və PARŞ-ın baş katibi L.Visentini forumda giriş nitqi söyləyiblər.
Tədbirdə çıxış
edən Azərbaycan nümayəndə heyətinin
rəhbəri, AHİK-in sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyev 3-cü Baş
Assambleyadan ötən
müddət ərzində
Avropa həmkarlar ittifaqlarının əsas
məqsədlərinə nail olunması, yəni, əməkçilərin mənafeyi
uğrunda mübarizənin
zəngin ənənələrindən
daha geniş istifadə olunması, həmkarlar ittifaqlarının
həmrəyliyinin daha
yüksək səviyyəyə
çatdırılması istiqamətində əhəmiyyətli
addımların atıldığını
bildirib.
Azərbaycandan keçən
“İpək yolu”nun əhəmiyyətinə toxunan
S.Möhbalıyev qeyd
edib ki, bu yol region ölkələrinin
inkişafına böyük
təsir göstərəcək,
PARŞ-ın bir çox ölkələri
ilə əlaqələr
və dəhlizlər
yaratmağa imkan verəcək.
Azərbaycanda “2016-2020-ci illər
üçün Layiqli
Əmək üzrə
Ölkə Proqramı”nın
uğurla həyata keçirilməsinin ölkəmizin
sosial-iqtisadi inkişafında
müsbət dəyişikliklərə
gətirib çıxardığını
deyən AHİK-in sədri
bildirib ki, aparılan genişmiqyaslı
islahatlar, layiqli əmək strategiyasının
reallaşdırılmasına yönəlmiş tədbirlər
zəhmətkeşlərin rifah halının yüksəldilməsini şərtləndirib.
Həmçinin Baş Assambleyada Pan Avropa Regional Şurasının
yeni rəhbərliyi və tərkibi seçilib. İ.Petriaşvili yenidən Pan Avropa
Regional Şurasının prezidenti,
AHİK-in sədri Səttar
Möhbalıyev isə
yeni müddətə
qurumun vitse-prezidenti seçiliblər.
Yenidən quruma vitse-prezident seçilməsinə görə
minnətdarlığını çatdıran AHİK-in sədri
bunu Azərbaycan həmkarlar ittifaqlarının
əməyinə verilən
yüksək qiymət
və etimad kimi dəyərləndirib.
Azərbaycan.- 2019.- 17 dekabr.- S.8.