Heydər Əliyev Sarayında növbəti “Zima-2019”
Beynəlxalq Uşaq Festivalı keçirilib
Dekabrın 14-də Heydər Əliyev Sarayında "Beat Group” şirkətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti "Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konserti keçirilib.
Konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. AZƏRTAC xəbər verir ki, bu il festivalda iştirak etmək üçün 110 uşaq müraciət edib və təşkilat komitəsi onların arasından 20 ən yaxşı ifaçını seçib. Tədbirin aparıcıları əvvəlki festivallardan da yaxşı tanıdığımız gənc artistlər Rüfət Məmmədov və Suel Heybətova olublar.
Konsertdən əvvəl iştirakçılar qırmızı xalının üzərindən keçiblər və festivalla bağlı təəssüratlarını bölüşüblər. "Səs. Uşaqlar” şousunun altıncı mövsümünün qalibi Ərcan Maksim "Zima” festivalının yüksək səviyyədə təşkilindən heyranlığını ifadə edib, Bakıya gəlmək və Azərbaycan tamaşaçıları qarşısında çıxış etmək imkanı yaratdıqlarına görə təşkilatçılara təşəkkürünü bildirib. Festivalın aparıcısı Rüfət Məmmədov iştirakçıların hamısına uğurlar arzulayaraq deyib ki, tamaşaçıları maraqlı çıxışlar gözləyir. "Zima” festivalı sayəsində çoxlu yeni dostlar tapmaq olar”, - deyə o vurğulayıb.
Sonra maraqlı konsert proqramı başlayıb. Xalq artisti
Aygün Kazımova və Cəlal Bəşirli birlikdə
"Qara gözlər”
mahnısını ifa
ediblər. Əməkdar artist Sevda Ələkbərzadə
isə Fəxriyyə
Əliyeva ilə səhnəni paylaşaraq
"Qal sənə qurban” mahnısını təqdim ediblər.
Gənc istedadların parlaq ifaları böyük maraqla qarşılanıb. Sarayın
səhnəsində, həmçinin
Türkiyə, Ukrayna,
Gürcüstan, Qazaxıstan,
Fransa və Böyük Britaniya təmsilçiləri də
çıxış ediblər.
"Zima” festivalı,
ilk növbədə, uşaqların
musiqi bayramıdır.
Hər bir gənc ifaçı böyük səhnəyə
çıxmaqla burada
artıq qalib olur. Sonda bütün
iştirakçılara xüsusi
diplomlar və xatirə hədiyyələri
təqdim edilib.
"Zima” festivalı
ildən-ilə daha parlaq, maraqlı və genişmiqyaslı olur. Festival iştirakçıları
artıq müxtəlif
nüfuzlu beynəlxalq
müsabiqələrdə uğurla
iştirak ediblər. Belə ki, "Zima-2017” festivalının bir qrup iştirakçısı
"Vo ves qolos” Beynəlxalq Musiqi Televiziya Festivalının
qalibi olub. Fərqlənənlər arasında
Rüstəm Kərimov
da var. O, "San-Remo Junior-2017” uşaq-gənclər musiqi
yaradıcılıq festivalının
xüsusi mükafatına
layiq görülüb.
"Zima-2018” festivalının iştirakçısı Aleksandr
Zazaraşvili isə Ukraynada "Qolos. Deti” populyar televiziya müsabiqəsinin
qalibi olub.
Azərbaycan.-
2019.- 17 dekabr.- S.9.