Azərbaycanın üç tarixi məkanı İSESKO-nun
İslam İrsi
Siyahısına salınıb
Azərbaycanın üç tarixi məkanı İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, Mərakeş Krallığının paytaxtı ər-Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasının yekun sənədinə əsasən, ölkəmizin İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri bu siyahıya salınıb. Ümumiyyətlə, 117 tarixi və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına, Yəməndə yerləşən 3 abidə isə islam ölkələrində dağılmaq təhlükəsi olan abidələr siyahısına salınıb.
Qeyd edək
ki, İSESKO-nun irs və mədəniyyətlə
bağlı yeni strategiyası, həmçinin
islam dünyasında mədəni və tarixi irsin qeydə
alınması və qorunması sahəsində fəaliyyətin
gücləndirilməsini hədəfləyir.
Azərbaycan.-
2019.-17 dekabr.- S.11.