Azərbaycan və Ukrayna prezidentlərinin
geniş tərkibdə görüşü
keçirilib
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.
Mən sizi bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Biz Sizin səfərinizə çox
böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz
iki ölkə arasındakı əlaqələrə
çox güclü
təkan verəcək. Biz artıq təkbətək görüşdə bir çox məsələləri
müzakirə etdik və bir
daha gördük ki, ikitərəfli gündəlik kifayət qədər
genişdir. İndi geniş tərkibdə danışıqlarda biz məsələləri ətraflı
müzakirə edəcəyik. Əminəm ki, səfərin çox
gözəl nəticələri olacaqdır. Bir çox
önəmli məsələlər müzakirə olundu, o cümlədən
ticarət dövriyyəsinin artırılması ilə
bağlı məsələlər. Ənənəvi olaraq energetika, nəqliyyat
sahələrində əməkdaşlıq uğurla
davam etdirilir. Təkbətək
görüşdə biz bu
əlaqələrin gələcək inkişafı ilə
bağlı geniş fikir
mübadiləsi apardıq. Bir önəmli
sahə də kənd təsərrüfatıdır. Biz əvvəlki
illərdə Ukraynadan bir
çox kənd təsərrüfatı
texnikası almışıq. Əlbəttə ki, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər
böyük maraq doğurur. Əminəm ki,
bu gün keçiriləcək
Ukrayna-Azərbaycan biznes forumu
biznes dairələri arasındakı
əlaqələrə də müsbət təsir göstərəcəkdir.
Bir daha xoş gəlmisiniz.
***
Ukrayna Prezidenti
Vladimir ZELENSKİ dedi:
-Möhtərəm
cənab Prezident, hörmətli nümayəndə
heyəti.
Bir daha hamınıza təşəkkürümü bildirirəm. Bu gün
Azərbaycanda ilk rəsmi
səfərdə olmağım
çox böyük məmnunluq doğurur.
Xüsusilə ona görə ki, Azərbaycan bizim üçün çox qonaqpərvər və
dost ölkədir.
Cənab Prezident,
biz müzakirələrdə münasibətlərimizin yaxşı
səviyyədə olduğunu
qeyd etdik. Ancaq düşünürəm
ki, Azərbaycan-Ukrayna
münasibətlərini növbəti
daha yüksək mərhələyə qaldırmağa
böyük imkanlar
var. Cənab Prezidentlə
razılığa gəldik
ki, yaxın zamanda Azərbaycandan bir işçi heyət Ukraynaya səfər edəcək və orada bizim
bütün şirkət
və müəssisələrdə
olub imkanları yerində araşdıracaq.
Energetika,
kənd təsərrüfatı,
turizm, infrastrukturun inkişafı sahələri
bizim üçün
böyük maraq kəsb edir.
Prezident İlham
Əliyev: Sağ olun.
Azərbaycan.- 2019.- 18 dekabr.- S.2.