Azərbaycan-Ukrayna sənədləri imzalanıb
Dekabrın 17-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması
mərasimi olub.
AZƏRTAC xəbər
verir ki, Gəncə şəhəri
və Odessa şəhəri
arasında Niyyət Protokolunu, Quba şəhəri ilə Truskavets şəhəri arasında ticarət-iqtisadi,
elmi-texniki və mədəni əməkdaşlıq
haqqında Müqaviləni
Azərbaycanın Ukraynadakı
səfiri Azər Xudiyev və Ukraynanın Azərbaycandakı
səfiri Vladislav Kanevski imzaladılar.
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
ilə Ukraynanın Dövlət Tənzimləmə
Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi
sahəsində əməkdaşlıq
haqqında Sazişi, Azərbaycan Respublikasının
Xüsusi Dövlət
Mühafizə Xidməti
ilə Ukraynanın Dövlət Xüsusi Rabitə və Məlumatın Mühafizəsi
Xidməti Administrasiyası
arasında Bakı-Kiyev
dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında Sazişi Azərbaycanın
Xarici İşlər
naziri Elmar Məmmədyarov və Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko imzaladılar.
Azərbaycan.- 2019.- 18 dekabr.- S.2.