Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzində olublar

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya dekabrın 17-də Heydər Əliyev Mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən sərgilərə baxdılar.

Mərkəzin direktoru Anar Ələkbərov məlumat verdi ki, burada yaradılan Heydər Əliyev Muzeyi Azərbaycan tarixinin Ümummilli Liderin həyat fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada Ulu Öndərə aid maraqlı faktlar, foto video materiallar digər nadir eksponatlar təqdim olunur.

Azərbaycanın Birinci vitse-prezidenti Ukrayna Prezidentinin xanımı "Azərbaycan incilərisərgisində oldular.

Azərbaycan tarixini mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir.

Heydər Əliyev Mərkəzində izləyicilərə təqdim olunan daha bir nadir layihə "Musiqi alətləri: birlik müxtəlifliksərgisidir. Ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunur.

Mərkəzdə yaradılan "Mini Azərbaycansərgisi isə Azərbaycanın tarixi arxitektura binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı verir.

Mehriban Əliyeva Yelena Zelenskaya "Kukla incəsənətdəsərgisinə baxdılar. Sərgidə 16 ölkədən 60 rəssam-heykəltəraşın əl işi olan 230 kukla nümayiş etdirilir. Onların arasında ukraynalı müəlliflərin əl işləri yer alıb. Buradakı sənət əsərləri ümumilikdə 400-dən çox eksponatdan ibarət kolleksiyanın nümunələridir onların əksəriyyəti tək nüsxədə hazırlanıb yüksək bədii dəyərə malikdir.

Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət "Avanqard davamçısı. Azərbaycan gündəliyiadlı sərgi fəaliyyət göstərir.

Yelena Zelenskaya Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazdı.

Qonağa Azərbaycan haqqında kitab hədiyyə edildi.

Ukrayna Prezidentinin xanımı Mərkəzlə tanışlıqdan məmnun qaldığını bildirdi.

 

Azərbaycan.- 2019.- 18 dekabr.- S.4-5.