“İdman
jurnalistikası” magistr
proqramının ilk məzunlarına
diplomlar təqdim olunub
Dekabrın 17-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının (ADBTİA) "İdman jurnalistikası” magistr proqramının ilk
məzunlarına diplomların
təqdim olunması mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, mərasimdə Gənclər
və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri
Çingiz Hüseynzadə,
Xəzər İsayev,
baş katibin müavini Azər Əliyev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Böyük Britaniya səfirliyinin, BMT-nin Bakıdakı nümayəndəliyinin rəsmiləri,
bir sıra dövlət və özəl qurumların nümayəndələri, həmçinin
akademiyanın, ölkənin
ən nüfuzlu ali təhsil müəssisələrinin müəllim
və tələbə
heyəti iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət
himni səsləndirildikdən
sonra məzunlardan bəhs edən videoçarx nümayiş
olunub.
Mərasimdə çıxış edən
ADBTİA-nın rektoru
Fuad Hacıyev bildirib ki, "İdman jurnalistikası” magistr proqramı yalnız Azərbaycanda deyil, Qafqazda bir ilkdir. Proqramın yaradılmasında
əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə
rəqabətədavamlı kadrların yetişdirilməsidir.
Ölkəmizdə dövlət
tərəfindən gənclərə
göstərilən diqqət
və qayğıdan danışan rektor Ulu Öndər Heydər Əliyev tərəfindən hələ
sovet dövründə
Azərbaycan gənclərindən
ən nüfuzlu ali məktəblərə
hər il 800-ə yaxın gəncin oxumağa göndərilməsindən,
Prezident İlham Əliyevin gənclərin
təhsil səviyyəsində
yüksəldilməsi ilə
bağlı verdiyi sərəncamlardan söz
açıb. Üzünü təhsillərini başa vuran gənclərə tutan rektor onları
gələcək fəaliyyətlərində
İdman Akademiyasının
adını uca tutmağa, savadlı və vətənpərvər
olmağa, müstəqil
ölkəmizin tərəqqisinə
öz layiqli töhfələrini verməyə
çağırıb.
Daha sonra məzunları təbrik edən Milli Paralimpiya Komitəsinin vitse-prezidenti,
ikiqat Paralimpiya çempionu İlham Zəkiyev çıxış
edərək birinci olmağın məsuliyyətindən
söhbət açıb. O bildirib
ki, əsas hekayə birinci olmaqdan sonra başlayır. "Ümid
edirik ki, bu ilk məzunlar Azərbaycanda keçirilən
mötəbər idman
tədbirlərinin daha
geniş şəkildə
işıqlandırılmasında, ölkəmizin idman ölkəsi kimi beynəlxalq arenada tanıdılmasında böyük
rol oynayacaqlar”, - deyə İ.Zəkiyev əlavə edib.
Proqramın rəhbəri Britaniya Konsulluğu, Thomson Foundation və
digər beynəlxalq təşkilatların müxtəlif
media layihələrinə rəhbərlik
etmiş, media sahəsində
tanınmış beynəlxalq
ekspert Dan Mason isə çıxışında bu
proqramın regionda da bir ilk olmasına
diqqət çəkib. O bildirib
ki, proqramın yaradılmasında əsas
məqsəd jurnalistika
sahəsində ixtisaslaşmış
kadrların yetişdirilməsidir.
"Proqramımız üç məqsədə
xidmət edir. Jurnalistika təhsilini yeni bir şəkildə təqdim etmək, idmana xidmət etmək və Azərbaycanı, akademiyamızı
idman jurnalistikası sahəsində də
regional mərkəzə çevirməkdir.
Artıq
hər gün yerli televiziya kanallarında məzunlarımızı
görür, onlarla qürur duyuruq. Bu məzuniyyət bizim bayramımızdır.
Bu sahədə nəinki regionda, dünyada Azərbaycan üçün birinci olmağı hədəfləyirik”,
- deyə D.Mason bildirib.
Daha sonra A.Rəhimov D.Masona Azərbaycandakı
uğurlu fəaliyyəti
ilə əlaqədar
Gənclər və İdman Nazirliyi adından xüsusi diplom təqdim edib.
Sonda məzunlar adından çıxış edən
proqramın magistrı
Ceyhun Mustafayev akademiyanın rəhbərliyinə
onlar üçün
yaradılan şəraitə
görə təşəkkür
edib, hazırda media nümayəndəsi olaraq
akademiyanın tədbirlərini,
təlim-tədris prosesini
işıqlandırmaqdan qürur
duyduğunu bildirib.
Qeyd edək ki, "İdman jurnalistikası” magistr proqramına ilk qəbul 2017-ci ildə aparılıb və 6 tələbə proqrama qəbul olub. Onlar 2 il müddətində müasir teleradio avadanlığı ilə
tam təchiz edilmiş
akademiyanın Multimedia Mərkəzində
yerli və xarici mütəxəssislər
tərəfindən keçilən
modullar çərçivəsində
PR, audio və video, onlayn
media sahəsində peşəkar
bacarıqlara yiyələnib,
beynəlxalq idman yarışlarına, nüfuzlu
tədbirlərə media təmsilçisi
qismində qatılmaq
imkanı qazanıblar.
Proqramın iştirakçıları dəfələrlə
onlayn radio və televiziya vasitəsilə canlı yayım edib, yüksək nailiyyətli idmançılar,
görkəmli məşqçilər,
könüllü və
tələbələrdən müsahibələr alıblar. Onlar, həmçinin proqram çərçivəsində Böyük Britaniyaya səfər edərək
2 həftə müddətində
BBC və digər nüfuzlu media orqanında
təcrübə qazanıb,
əsas təlim modullardan birini Şeffield Hallam Universitetində keçiblər.
Eyni zamanda, onlar bir neçə beynəlxalq tədbirin, o cümlədən cari ildə Bakıda təşkil olunan paracüdo üzrə dünya kuboku yarışlarının təşkili
və keçirilməsində
media dəstəyi göstəriblər.
ADBTİA-nın
"İdman jurnalistikası”
magistr proqramının
ilk məzunları artıq
bir sıra yerli teleradio şirkətləri, "Associated Press”, BBC,
"Əl Cəzirə”
kimi nüfuzlu xarici media qurumları ilə əməkdaşlığa
başlayıblar.
Azərbaycan.- 2019.- 18 dekabr.- S.8.