Uğurlu inkişafın arxasında həm də tolerantlıq və multikultural örnəklər dayanır

 

Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu geostrateji cəhətdən əhəmiyyətli bir məkanda yerləşən Azərbaycan tarixən müxtəlif sivilizasiyaların, dinlərin, mədəniyyətlərin dialoq məkanı olmuşdur. Azərbaycan xalqının millidini dəyərləri də məhz bu əsaslar üzərində intişar tapmışdır. 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə ölkəmizə müxtəlif radikal və ultra-millətçi ideologiyaların ayaq açmaq cəhdlərinə baxmayaraq xalq bu ideologiyaların arxasınca getməmişdir.

Prezident İlham Əliyev Dünya dini liderlərinin II Bakı Sammitində bu barədə demişdir: "1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə nail olmuşdur. Ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi. Xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı, Azərbaycan dərin böhrana düçar oldu, ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda, dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür və təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi bir il dözə bildi, bir ildən sonra öz liderinə üz tutub Heydər Əliyevi hakimiyyətə dəvət etdiona ölkənin gələcəyini etibar etdi”.

Xalqımızın əsrlərdən bəri formalaşmış millidini dözümlülük ənənələrinin qorunması, ölkədə tolerantlıq və multikultural mühitin saxlanılması üçün Ümummilli Lider Heydər Əliyev misilsiz xidmətlər göstərmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin sonrakı dövrdə uğurla inkişaf etdirdiyi bu siyasət nəticəsində hazırda respublikamız dünyada müxtəlif dinlərin və mədəniyyətlərin qarşılıqlı dialoq məkanına çevrilmişdir. Təkcə son illər ərzində ölkəmizdə və onun sərhədlərindən kənarda dövlətimizin təşəbbüsü və dəstəyi ilə bu istiqamətdə həyata keçirilən çoxsaylı tədbirlər Azərbaycanın nəinki regional səviyyədə, ümumilikdə dünya səviyyəsində sülhə və sabitliyə, mədəniyyətlərarası anlaşmaya töhfə vermək iqtidarının əyani nümunələridir.

Bu günlərdə Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitini isə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunun bütün dinlərin aparıcı xadimləri və liderləri tərəfindən təsdiqi hesab etmək olar. Azərbaycanın artıq ikinci dəfə bu cür qlobal miqyaslı tədbirə evsahibliyi etməsini məhz həmin amillərlə izah etmək olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin II Sammitində vurğuladığı kimi: "Bakıda belə mötəbər tədbirin keçirilməsi hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dinietnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dinimilli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət həm tarixi ənənələrin qorunmasına, həm müasir inkişaf yolunun davam etməsinə, həm də bu gün qlobal təhlükəsizlik üçün əsas təhdidə çevrilən radikal qrupların və cərəyanların ölkəmizdə yayılmasının qarşısının alınmasına xidmət etmişdir.

Prezident İlham Əliyev gələcəyimiz olan gəncliyin vətənpərvərlik ruhunda tərbiyə olunmasını başlıca vəzifə kimi müəyyənləşdirmişdir. Azərbaycan dövləti özünün gələcək inkişafını sağlam, intellektli, savadlı, milli dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmuş gənclikdə görür. Prezident İlham Əliyev Dünya dini liderlərinin II Sammitində bu barədə demişdir: "Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhundaeyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də məhz bu olacaq. Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni "dəyərlər” aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Yenə də deyirəm, Azərbaycanda bu istiqamətdə aparılan siyasət - həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət hesab edirəm ki, çox böyük qiymətə layiqdir”.

Təkcə başa vurmaqda olduğumuz 2019-cu il ərzində gənc alimlərin yerli və beynəlxalq qrant layihələrdə uğurla iştirak etmələri, xarici həmkarları ilə birgə tədqiqatlar aparmaları, qazandıqları təcrübələri müxtəlif ölkələrdən olan həmkar yaşıdları ilə bölüşmələri, əldə etdikləri elmi nəticələrini impakt faktorlu jurnallarda dərc etdirmələri ölkədəki elmi kadr potensialının parlaq gələcəyindən xəbər verir. İndi AMEA-da gənc alimlər aparıcı şöbə və laboratoriyalara, müxtəlif tədqiqat qruplarına rəhbərlik edirlər. AMEA alimlərinin birgə əməyinin məhsulu kimi meydana çıxan bir çox kollektiv əsərlərin əsas müəllifləri rolunda gənc alimlərimiz çıxış edirlər.

 

Emin BAĞIROV,

AMEA RiyaziyyatMexanika İnstitutunun elmi işçisi,

mexanika üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2019.-19 dekabr.- S.6.