Anam birliyim mənim

 

Yazıçılar Birliyinin 85 illiyinə

 

Yazıçılar Birliyim,

Doğma odum-ocağım.

Əliylə döyüldüyüm,

Sürdülər, sürgündə oldum.

Qələm olub sındığım,

Yenə, yenə, yenə

Qoynuna sığındığım,

Doğma ana qucağım...

Hamımız övladınıq.

Bir qığılcım - odunuq

Sənin sözün - adınıq.

Qəhrəmanıq, Şəhidik,

Döyüşçünük, Qazinik!

Sözünük, Avazınıq.

Biz Çətinik, Asanıq,

Hərə bir cür - İnsanıq.

Neyləyəsən Bostanıq...

Hərəmiz bir misrayıq,

Birlikdə bir dastanıq.

Əziz anam Birliyim,

Kim deyirsə desin;

Sən öz dirliyini ək!

Yüzilliklər görəsən!

Səksən beşin mübarək!

 

Fikrət Qoca

 

Azərbaycan.- 2019.- 19 dekabr.-S.8.