Azərbaycanın Baş Naziri Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

 

Dekabrın 19-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyətlərinin nəticəsində böyük enerji layihələrinin uğurla həyata keçirildiyi, qarşılıqlı investisiyaların ticarət dövriyyəsinin artdığı qeyd olunub, iqtisadi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məqamlara toxunulub.

Söhbət zamanı əlaqələrin blokada şəraitində olan Naxçıvanın iqtisadiyyatına müsbət təsiri vurğulanıb bu proseslərin gələcəkdə davam edəcəyinə əminlik ifadə olunub, habelə ikitərəfli əməkdaşlığın digər perspektivləri müzakirə edilib.

 

Azərbaycan.- 2019.-20 dekabr.- S.5.