“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Məhkəmə-Hüquq Şurası haqqındaAzərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 8, ¹ 8, maddə 686; 2006, ¹ 1, maddə 4; 2007, ¹ 4, maddə 321; 2010, ¹ 7, maddə 596; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 484; 2012, ¹ 12, maddə 1228; 2013, ¹ 12, maddə 1467; 2014, ¹ 7, maddə 783; 2015, ¹ 2, maddə 99, ¹ 4, maddə 347, ¹ 11, maddə 1287; 2016, ¹ 12, maddə 2032; 2017, ¹ 6, maddə 1044, ¹ 12, maddə 2188; 2018, ¹ 7 (I kitab), maddə 1443) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Aşağıdakı məzmunda 11.0.3-1-ci maddə əlavə edilsin:

"11.0.3-1. "Məhkəmələr hakimlər haqqındaAzərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə uyğun olaraq, məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması qaydasını Azərbaycan Respublikası Ali Məhkəməsinin təklifləri əsasında müəyyən edir;”;

1.2. 13.3-cü maddənin ikinci cümləsində "həmçininsözündən sonra "məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri,” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il

 

Azərbaycan.- 2019.-20 dekabr.- S.7.