“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Ədliyyə orqanlarında qulluq keçmə haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 7, maddə 586; 2007, ¹ 1, maddə 1, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078, 1081; 2008, ¹ 3, maddə 155, ¹ 6, maddə 481, ¹ 8, maddələr 694, 710; 2009, ¹ 6, maddə 399, ¹ 11, maddə 878; 2010, ¹ 3, maddə 171, ¹ 4, maddə 273, ¹ 11, maddə 944; 2011, ¹ 2, maddələr 71, 72; 2012, ¹ 11, maddə 1040; 2015, ¹ 10, maddə 1089; 2016, ¹ 6, maddə 984; 2017, ¹ 5, maddə 729, ¹ 7, maddə 1252; 2018, ¹ 3, maddə 398, ¹ 12 (I kitab), maddə 2473; 2019, ¹ 5, maddə 797) 2.1-ci maddəsində "Dövlət məhkəmə ekspertizasısözləri "Məhkəmə ekspertizasısözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 noyabr 2019-cu il

 

Azərbaycan.- 2019.-20 dekabr.- S.8.