“Dövlət məhkəmə
ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2019-cu il
29 noyabr tarixli 1709-VQD
nömrəli Qanununun tətbiqi və
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Dövlət
məhkəmə ekspertizası
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun
2020-ci il martın 1-dən
tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. iki
ay müddətində:
1.1.1. "Məhkəmə
ekspertizası fəaliyyəti
haqqında” Azərbaycan
Respublikası Qanununun
11-ci maddəsinin altıncı
hissəsinin birinci cümləsinə uyğun
olaraq, özəl məhkəmə eksperti qismində fəaliyyət
göstərmək istəyən
şəxsin xüsusi
biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan
sənədlərin siyahısını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
1.1.2. həmin
Qanunun 11-ci maddəsinin
onuncu hissəsinə uyğun olaraq, məhkəmə eksperti şəhadətnaməsinin verilməsi
qaydasını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
müəyyən etsin;
1.1.3. həmin
Qanunun 11-2-ci maddəsinin
üçüncü hissəsinə
uyğun olaraq, məhkəmə ekspertlərinin
attestasiyasının keçirilməsi
və ixtisas dərəcəsinin verilməsi
qaydalarını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
müəyyən etsin;
1.1.4. həmin
Qanunun 11-3-cü maddəsinin
ikinci hissəsinə uyğun olaraq, Məhkəmə Ekspertlərinin
Reyestrinin aparılması
qaydalarını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
müəyyən etsin;
1.1.5. həmin
Qanunun 23-cü maddəsinin
beşinci hissəsinə
uyğun olaraq, məhkəmə ekspertizası
idarələrində məhkəmə
ekspertizası fəaliyyəti
ilə əlaqədar
göstərilən xidmətlərə
görə ödənilən
haqqın məbləğini
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla müəyyən
etsin;
1.1.6. həmin
Qanunun 11-ci maddəsinin
on dördüncü hissəsinə
uyğun olaraq, məhkəmə ekspertinin
etik davranış kodeksini təsdiq etsin və bu
barədə Azərbaycan
Respublikasının Prezidentinə
məlumat versin;
1.1.7. həmin
Qanunun 11-4-cü maddəsinin
ikinci hissəsinə uyğun olaraq, Məhkəmə Ekspertizası
Tədqiqat Metodlarının
Dövlət Reyestrinin
aparılması və
yeni metodların həmin reyestrə daxil edilməsi qaydalarını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.1.8. həmin
Qanunun 11-5-ci maddəsinin
ikinci hissəsinə uyğun olaraq, məhkəmə ekspertizasının
metodik fondunun yaradılması və istifadəsi qaydalarını
müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.2. "Dövlət
məhkəmə ekspertizası
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. "Dövlət
məhkəmə ekspertizası
fəaliyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 15
yanvar tarixli 252 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 31; 2001, ¹ 6, maddə 415; 2006, ¹ 12, maddə
1034; 2007, ¹ 3, maddə 224; 2011, ¹ 10, maddə 889; 2014, ¹ 4, maddə
370) aşağıdakı dəyişikliklər edilsin:
2.1. Fərmanın
adında, preambulasında,
birinci hissəsinin ikinci və dördüncü abzaslarında
"Dövlət məhkəmə”
sözləri "Məhkəmə”
sözü ilə əvəz edilsin;
2.2. həmin
Fərmanın 2-ci hissəsi
aşağıdakı redaksiyada
verilsin:
"2. Müəyyən
edilsin ki:
2.1. "Məhkəmə
ekspertizası fəaliyyəti
haqqında” Azərbaycan
Respublikası Qanununun
11-ci maddəsinin altıncı
hissəsinin birinci cümləsində, onuncu
hissəsində, on dördüncü
hissəsində, 11-2-ci maddəsinin
üçüncü hissəsində,
11-3-cü maddəsinin ikinci
hissəsində, 11-4-cü maddəsinin ikinci hissəsində, 11-5-ci maddəsinin
ikinci hissəsində,
23-cü maddəsinin beşinci
hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin Qanunun 11-ci maddəsinin dördüncü hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini tabeliyində
olan məhkəmə
ekspertizası idarələrinin
ekspertlərinə münasibətdə
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi,
Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;
2.3. həmin Qanunun 11-ci maddəsinin yeddinci hissəsinin birinci və ikinci cümlələrində,
səkkizinci və doqquzuncu hissələrində,
on birinci hissəsinin birinci cümləsində,
11-1-ci maddəsinin ikinci
hissəsində, 11-3-cü maddəsinin birinci və üçüncü
hissələrində, 11-4-cü maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
həyata keçirir;
2.4. həmin
Qanunun 11-ci maddəsinin
on beşinci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini tabeliyində
olan məhkəmə
ekspertizası idarələrinin
ekspertlərinə münasibətdə
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;
2.5. həmin Qanunun 11-ci maddəsinin on altıncı hissəsində
və 11-1-ci maddəsinin
birinci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini tabeliyində
olan məhkəmə
ekspertizası idarələrinin
ekspertlərinə münasibətdə
Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi və Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi,
tabeliyində olan məhkəmə ekspertizası
idarəsinin ekspertlərinə
və özəl məhkəmə ekspertlərinə
münasibətdə Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi həyata keçirirlər;
2.6. həmin Qanunun 23-cü maddəsinin
birinci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini məhkəmə-tibb
(məhkəmə-psixiatriya) ekspertizası sahəsində
Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi,
məhkəmə ekspertizasının
digər sahələrində
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi,
ilkin və əlavə məhkəmə-daktiloskopik,
məhkəmə tibbi-genetik,
məhkəmə partlayış-texniki
və məhkəmə-ballistik
ekspertizaları sahəsində
isə həmçinin
Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi həyata keçirir;
2.7. həmin
Qanunun 33-cü maddəsinin
dördüncü hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi
həyata keçirir;
2.8. həmin
Qanunun 34-cü maddəsinin
ikinci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyi və Ədliyyə Nazirliyi birgə həyata keçirirlər;
2.9. həmin
Qanunun 39-cu maddəsinin
birinci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının
və 40-cı maddəsinin
birinci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi, Səhiyyə
Nazirliyi və Daxili İşlər Nazirliyi həyata keçirirlər.”.
3. Bu Fərmanın
2-ci hissəsi 2020-ci il martın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 dekabr 2019-cu il
Azərbaycan.- 2019.-20 dekabr.- S.7.